Bu ilin payızında doktoranturaya qəbul imtahanı keçiriləcək

Azərbaycanda oktyabr-noyabr aylarında doktoranturaya qəbul imtahanları keçiriləcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib: "Doktoranturaya qəbul üzrə yeni qaydalar bütün aidiyyəti qurumlarla razılaşdırılıb və ümid edirik, yaxın vaxtlarda onlar qəbul ediləcək". AMEA və Təhsil Nazirliyi tərəfindən hazırlanan doktoranturaya qəbul üzrə yeni qaydalar təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunub.
Doktoranturaya qəbul üzrə qaydalarda dəyişiklik qəbul zamanı yaş həddinin ləğv olunmasıdır. Bu yeniliyin elmə həvəsi olan gənclərlə yanaşı, digər yaş kateqoriyasından olan insanlarda da stimul yaradacağı gözlənilir. Qeyd edək ki, 2009-cu ildə adıçəkilən təhsil mərhələsinə qəbul aparılmayıb. Azərbaycan parlamenti 2009-cu ilin iyununda "Təhsil haqqında" yeni qanun qəbul edib.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında