Azərbaycan alimi "Avropanın fəxri alimi" adına və "Robert Kox" medalına layiq görülmüşdür

Bu yaxınlarda Almaniyanın Hannover şəhərində keçirilmiş Avropa Elmi Cəmiyyətinin və Avropa Təbiətşünaslıq Elmləri Akademiyasının beynəlxalq elmi forumunda Azərbaycan Tibb Universitetinin (ATU) insan anatomiyası kafedrasının müdiri, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinski məruzə ilə çıxış etmişdir.
Forumun gedişində Avropa Elmi Cəmiyyətinin və Avropa Təbiətşünaslıq Elmləri Akademiyası Şurasının yığıncağının qərarına əsasən, professor Vaqif Şadlinski elm sahəsinə əvəzolunmaz töhfəsinə görə Hannover şəhərində "Avropanın fəxri alimi" adına və "Robert Kox" medalına layiq görülmüşdür.
Alimə təqdim olunan diplomda qeyd edilmişdir ki, "Hannover şəhəri bu yüksək, rəsmi təltiflə Avropa Cəmiyyətində elmin, incəsənətin, mədəniyyətin və sosial cəmiyyətin görkəmli müasir himayədarına hörmətini bildirir".
Foruma, həmçinin ATU insan anatomiyası kafedrasının əməkdaşları - tibb elmləri doktoru Mübariz Allahverdiyev və tibb üzrə fəlsəfə doktoru Gülqız Hüseynova poster məqalələr göndərmişlər. Məqalələr Hannoverdə çap olunmuş elmi topluda öz əksini tapmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında