Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında mütəmadi təcrübə mübadilələri hər iki ölkənin təhsil sisteminin daha da təkmilləşməsinə yardım edəcəkdir

 

Yanvarın 17-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə tərəflər Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, hərbi sahələrdə olduğu kimi, mədəniyyət, o cümlədən elm və təhsil sahələrində də sıx əməkdaşlığın mövcudluğunu məmnunluqla xatırlamışlar. Vurğulanmışdır ki, müəllim və tələbə mübadiləsinin hər iki qardaş ölkənin tədris prosesində xüsusi yeri vardır. Hazırda Azərbaycanın və Türkiyənin ali məktəblərində minlərlə tələbənin təhsil aldığı, hər iki ölkənin universitetlərində pedaqoji kadrların uğurla çalışdığı diqqətə çatdırılmışdır.

Əməkdaşlıq üçün qarşıda hələ çox böyük imkanların olduğu bildirilən görüşdə ali təhsil müəssisələri arasında mütəmadi təcrübə mübadilələrinin hər iki ölkənin təhsil sisteminin daha da təkmilləşməsinə yardım edəcəyi, nəticə etibarilə iki qardaş xalqın ümumi tərəqqisi və daha da yaxınlaşması baxımından mühüm əhəmiyyət kəsb etdiyi də diqqətə çatdırılmışdır.

Söhbət  zamanı tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında