"Xalq kompyuteri" layihəsinin əsas mərhələsi başlayır

Azərbaycan Respublikası Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Microsoft Azərbaycan şirkətinin birgə təşkilatçılığı, HP, Ultra və Bestcomp Groupun dəstəyi ilə gerçəkləşən tədbirdə "Xalq kompyuteri" layihəsinin əsas mərhələsinin başlanması haqda razılaşma sənədi imzalanıb. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Forumda ali məktəblərin rektorları, təhsil, rabitə və informasiya texnologiyaları nazirliklərinin müvafiq şöbələrinin, müxtəlif şirkət və təşkilatların rəhbərləri, beynəlxalq qurumların nümayəndələri, müəllimlər və KİV təmsilçiləri iştirak ediblər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov "Xalq kompyuteri" layihəsi ilə bağlı fikirlərini diqqətə çatdırıb. HP-Azərbaycan şirkətinin nümayəndəsi Rüfət Hacıəlibəyov, Bestcomp Group şirkətinin direktoru Rauf Həsənov və Ultra şirkətinin direktoru Tahir Mirkişili layihə çərçivəsində görülən işlər və həyata keçirilən tədbirlər barədə söz açıblar.
Microsoft Azərbaycan şirkəti tərəfindən "Microsoft şirkəti yaxın gələcəkdə bizi necə görür" adlı videoçarx nümayiş etdirilib.
Qonaqları salamlayan təhsil naziri Misir Mərdanov təxminən bir il bundan əvvəl başlanmış layihənin nəticələri barədə məlumat verib, ötən dövr ərzində 8 minə yaxın orta məktəb müəlliminin bu layihədə iştirak etdiyini vurğulayıb. Bu işdə əməyi olanların hamısına təşəkkürünü bildirən təhsil naziri həyatımızı kompyutersiz təsəvvür etməyin mümkün olmadığını vurğulayıb. On il əvvəl Azərbaycanda hər 1046 şagirdə 1 kompyuter düşdüyü halda, bu gün orta hesabla hər 20 şagirdə 1 kompyuter düşdüyünü nəzərə çatdıran Misir Mərdanov bütün bu uğurların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi və qayğısı sayəsində mümkün olduğunu bildirib.
Təhsil Nazirliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında mövcud olan səmərəli əməkdaşlığa diqqət çəkən nazir artıq orta məktəb müəllimləri ilə yanaşı, ali məktəb müəllimləri və tələbələrinin də bu layihədən yararlana biləcəklərini qeyd edib. Azərbaycan müəllimlərinin müasir texnologiyalara tədricən daha geniş yer verdiyini konkret faktlarla əsaslandıran təhsil naziri məktəblərdə elektron tədris resurslarından istifadə edilməsinin üstün cəhətlərinə toxunub, gənclərin və uşaqların bu sahəyə daha çox maraq göstərməsini müsbət hal kimi səciyyələndirib.
Müvafiq sahədə monitorinq aparan beynəlxalq təşkilatların reytinq cədvəlinə əsasən Azərbaycanın təhsil sistemində İKT-nin tətbiqinin Şərqi Avropa səviyyəsini keçdiyini bildirən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu inkişafın son illər daha geniş vüsət aldığını vurğulayıb. Azərbaycanın təhsil sistemində yüksək texnologiyaların tətbiqinin təhsilin keyfiyyətinə göstərdiyi müsbət təsirdən söz açan Əli Abbasov ölkəmizdə İKT-nin prioritet sahə kimi qəbul olunması, müvafiq dövlət proqramlarının uğurla həyata keçirilməsi istiqamətində aparılan işlər barədə də fikirlərini bildirib.
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında