Bakıda "Davamlı inkişaf üçün fotosintez tədqiqatları" mövzusunda Beynəlxalq konfrans keçiriləcəkdir

2011-ci il iyulun 24-30-da Bakıda "Davamlı inkişaf üçün fotosintez tədqiqatları" mövzusunda Beynəlxalq konfrans keçiriləcəkdir.
Konfransda fotosintez prosesinin bütün istiqamətləri, o cümlədən hidrogenin alınması və süni fotosintez kimi problemlər barədə geniş müzakirələr aparılacaq, onun materialları beynəlxalq "Biochimica et Biophysica Acta (Bioenergetics)" və "Journal of Hydrogen Energy" jurnallarının xüsusi buraxılışlarında çap olunacaqdır.
Konfransın sədri Böyük Britaniyadan Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin prezidenti professor Ceyms Barber, fəxri sədri isə Azərbaycandan akademik Cəlal Əliyevdir. Hidrogen Enerjisi üzrə Beynəlxalq Assosiasiyanın prezidenti professor Necat Vəziroğlu və professor Qari Brudviq (hər ikisi ABŞ-dan) konfransın həmsədrləri, koordinatoru isə biologiya elmləri doktoru, professor Süleyman Allahverdiyev (Rusiya) təyin olunmuşlar.
Konfransın təşkilat komitəsinin tərkibinə dünyanın aparıcı ölkələrinin fotosintez tədqiqatları sahəsində çalışan nüfuzlu alimləri daxildir. Məhz belə bir irimiqyaslı elmi tədbirin Azərbaycanda ilk dəfə keçirilməsi akademik Cəlal Əliyevin şəxsiyyətinə olan böyük hörmət, onun fotosintezin tədqiqi sahəsində və yaratdığı məktəbin əldə etdiyi böyük nailiyyətlər və qazanılan uğurların dünya elmi ictimaiyyəti tərəfindən ciddi qiymətləndirilməsi ilə bağlıdır. Akademik Cəlal Əliyev məktəbinin dünya elminə verdiyi töhfələr fotosintez prosesinin molekulyar-genetik səviyyədən başlayaraq bitki və əkinə qədər bütün mərhələ və formalarında öyrənilməsini əhatə edir.
Bu konfrans Azərbaycan elminin təbliğində və onun dünya elminə inteqrasiyasında çox önəmli rol oynayacaq, eyni zamanda Azərbaycan elminin digər sahələrinin dinamik inkişafı üçün də böyük stimul yaradacaqdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında