Elmin İnkişafı Fondu 2010-cu il üçün 1-ci müsabiqənin şərtlərini açıqlamışdır

İyunun 30-da "Park İNN Azərbaycan" mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2010-cu il üçün 1-ci müsabiqənin (EİF-2010-1) elan edilməsinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev son illər ölkəmizdə elm sahəsinin inkişafına göstərilən diqqət və qayğıdan danışmışdır. Azərbaycanda elmin hərtərəfli inkişafı istiqamətində Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamların tarixi əhəmiyyətini xüsusi vurğulayan icraçı direktor demişdir ki, elm həmişə cəmiyyətin fovqündə duran bir məsələdir və onun inkişafı yeni texnologiyaların tətbiqi ilə üzvi sürətdə bağlıdır.
E.Babayev demişdir ki, fondun əsas məqsədi ölkədə elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqat proqramları və layihələrini, digər elmi tədbirləri qrant şəklində ünvanlı maliyyələşdirmək, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara azad yaradıcılıq imkanı yaratmaq və s. məsələlərdən ibarətdir. Bu gün elan olunan müsabiqə ölkəmizdə təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsinə təkan verəcəkdir.
Müsabiqədə hər hansı bir alim, fiziki şəxs, elmi mövzu ətrafında yaradılmış yaradıcı kollektiv, elmi müəssisələr, təşkilatlar, elmi iş aparan QHT-lər və digər qurumlar iştirak edə bilərlər. Qrant layihəsi öz tipinə görə fərdi və müştərək ola bilər. Öz kateqoriyasına görə bu qrantlar ölkədaxili, regional və beynəlxalq layhələr şəkilində verilə bilər. İcra müddəti bir qayda olaraq 1 ildir. Lakin xüsusi əsaslandırılmış hallarda bu, 2 və 3 il müddətində də həyata keçirilə bilər. Qrantların verilməsində konkret bir məbləğ üzərində dayanılmamışdır. Qrantlar kiçik, orta və böyük olmaqla 3 kateqoriyaya bölünmüşdür. Öz xarakterinə görə qrant layihələri bir elm və ya bir neçə elm sahəsini əhatə edə bilər.
Diqqətə çatdırılmışdır ki, qrant layihələrinin bölüşdürülməsi prinsipinə - fundamental və tətbiqi xarakterli qrant layihələri, elmin ayrıca götürülmüş sahəsinin inkişafına böyük həcmli qrant layihələrinin ayrılması, məqsədli, xüsusi qrant layihələri və axtarış-innovasiya yönümlü layihələr daxildir.
Bütün bu layihələrin idarə olunması daim diqqət mərkəzində saxlanılacaqdır və bunun üçün lazımi işlər görülmüşdür.
E.Babayev ildə iki dəfə belə müsabiqələrin keçirilməsinin nəzərdə tutulduğunu demişdir. Bu, hər ilin may və noyabr aylarının 10-da reallaşacaqdır. Vurğulanmışdır ki cari il üçün qrant maliyyələşdirilməsinin həcmi 6 milyon 100 min manat məbləğindədir.
Tədbirdə Elmin İnkişafı Fondunun Himayədarlar Şurası sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov və şuranın digər üzvləri iştirak etmişlər.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında