Ali Attestasiya Komissiyasının seminarında elmi nəşrlər qarşısında qoyulmuş tələblər geniş müzakirə edilmişdir

İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər qarşısında qoyulan tələblər"ə həsr edilmiş elmi-praktiki seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini, AMEA-nın müxbir üzvü Vəli Hüseynov son illər ölkəmizdə elm sahəsinin inkişafına göstərilən diqqət və qayğıdan danışmışdır.
V.Hüseynov Azərbaycanda elmin hərtərəfli inkişafı ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamların tarixi əhəmiyyətindən danışmışdır. Alim vurğulamışdır ki, elmin inkişafı Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm proritetlərindəndir. Elmin inkişafı yeni texnologiyaların inkişafı ilə də üzvi surətdə bağlıdır.
Natiq bildirmişdir ki, cari ilin aprelində Ali Attestasiya Komissiyasının iclasında Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı müəyyən edilmiş və onların qarşısında qoyulmuş tələblər müzakirə olunmuşdur. Bugünkü elmi seminarı keçirməkdə əsas məqsədimiz həmin elmi nəşrlərə qoyulmuş tələbləri bir daha müzakirə etmək və bu qaydalardan irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparmaqdan ibarətdir.
Bildirilmişdir ki, Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyevin tapşırığı ilə keçirilən bu seminarda əsasən jurnallarda işin xeyrinə dəyişikliklər aparmaq, mövcud nöqsanları aradan qaldırmaq, işi günün tələbləri səviyyəsində qurmaq üçün zəruri addımlar atmaq və digər məsələlər müzakirə olunacaqdır.
Jurnalların monitorinqi Ali Attestasiya Komissiyasının ekspert şuralarında dəfələrlə müzakirə edilmiş və jurnalların təsdiq olunmuş siyahısı cari il mayın 26-da "Elm" qəzetində dərc edilmişdir. Monitorinq zamanı 250-yə yaxın jurnal qeydə alınsa da, onlardan 164-ü Ali Attestasiya Komissiyası tərəfindən tanınma statusu almışdır.
Seminarda Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər qarşısında qoyulan 39 tələb diqqətə çatdırılmışdır.
Bu tələblərə məqalənin Azərbaycan, rus və ingilis dillərində çap oluna bilməsi, jurnalların Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi, jurnalın beynəlxalq standart seriya nömrəsi (İSSN) alması, nəşrin öz profilinə uyğun məqalələr dərc etməsi, elmi məqalələrin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə verilməsi, jurnalın minimal tirajının 200-dən az olmaması və digər məsələlər daxildir. Burada, həmçinin göstərilmişdir ki, Ali Attestasiya Komissiyası tərəfindən keçiriləcək növbəti monitorinq nəticəsində qoyulmuş tələbləri ödəməyən elmi nəşrlər "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı"ndan avtomatik surətdə çıxarılacaqdır.
Seminar işini elmi müzakirələrlə davam etdirmiş və iştirakçıların bu istiqamətdə yeni tövsiyələri dinlənilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında