Yeni nəşrlər

Dövlət idarəçiliyi haqqında dəyərli dərs vəsaiti
Dünyada mövcud olan idarəçilik sistemlərinin, rejimlərinin yüzilliklərlə davam edən tarixi, əhali arasında normaya çevrilmiş özünəməxsus dəyərləri, hər bir xalqın adət-ənənəsinə söykənən xüsusiyyətləri vardır. Demokratik inkişaf həmin ölkələrin hər birində birbaşa "transmilli xüsusiyyət" və standartlarla deyil, özünəməxsus formada həyata keçirilir.
Ümummilli lider Heydər Əliyev tarixi təcrübəyə əsaslanmaqla müstəqillik qazanmış dövlətimizdə yeni şəraitə uyğunlaşdırılan idarəçilik konsepsiyasını yaratdı. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyi konsepsiyası Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
Müstəqil, demokratik respublikamız öz tarixinin çətin, məsuliyyətli və həm də şərəfli dövrünü yaşayır. Azərbaycan Respublikasının güclü və işgüzar dövlət olmasının başlıca amillərindən biri də səmərəli idarəçiliyin olmasıdır.
Dövlət idarəçiliyinin əsaslarını bilmədən dövlətçilik işini idarə edən əsl dövlət adamı olmaq çətindir. Məhz bu baxımdan dövlət idarəçiliyinin əsaslarını bilən geniş profilli mütəxəssislərin hazırlanması çox vacibdir.
Lakin bu gün dövlət idarəçiliyinə aid fənlərin tədrisi üçün Azərbaycan dilində dərsliklər və dərs vəsaitləri, demək olar ki, yoxdur. Bu boşluğu doldurmaq məqsədi ilə Dövlət İdarəçilik Akademiyasının bir qrup peşəkar müəllimi tərəfindən hazırlanıb nəşr olunmuş "Dövlət idarəçilik nəzəriyyəsi" kitabı milli mənəvi dəyərlərimizə bağlı, kadrların hazırlanması üçün ən dəyərli dərs vəsaitidir.
Kitab 3 bölmədən, 22 fəsildən ibarətdir. Birinci bölmədəki 9 fəsildə dövlət idarəçiliyinin elmi-nəzəri və metodoloji əsasları geniş, hərtərəfli və məntiqi ardıcıllıqla verilmişdir. Dərsliyin I fəslində Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, dövlət idarəçilik tarixi, Heydər Əliyevin dövlətçilik konsepsiyası, dövlət idarəçilik irsi və onun hazırda Prezident İlham Əliyev tərəfindən böyük peşəkarlıq, yeni təfəkkür və müasir yanaşma tərzi ilə uğurla davam etdirilməsi barədə tarixi faktlarla əsaslandırılmış, hərtərəfli, dolğun və dəyərli zəngin material toplanmışdır.
II, III və IV fəsillərdə dövlət idarəçilik nəzəriyyəsinin predmeti, metodu və vəzifələri, dövlət idarəçiliyi və cəmiyyətin idarə olunmasında onun rolu, habelə dövlət və onun funksiyaları, mənşəyi, mahiyyəti və əsas əlamətləri tam açıqlanmış, elmi əsaslarla əlaqələndirilmiş, aydın şəkildə şərh edilmişdir. V-IX fəsillərdə dövlət idarəetmə sistemi və prosesi, dövlət qulluğu, dövlətin fəaliyyət mexanizmi və idarəetmə prosesinin başlıca xüsusiyyətləri,dövlət idarəetmə prosesində dövlətlə cəmiyyətin qarşılıqlı əlaqələri, dövlət siyasəti, dövlət strategiyası, dövlət idarəetmə qərarlarının qəbulu və icrası, habelə dövlət hakimiyyəti, dövlət idarəçiliyi, onlar arasında qarışılıqlı əlaqəsi məntiqi ardıcıllıqla, elmi əsaslarla müasir mexanizmi məqsədyönlü qaydada verilmişdir.
Dərsliyin II bölməsi 8 fəsildən ibarətdir. Bu bölmədə dövlət idarəçiliyinin təşkilati-funksional strukturu, dövlət idarəetməsinin hüquqi tənzimlənməsi, dövlət idarə etməsinin informasiya təminatı, dövlət idarəetməsinin ərazi təşkili, dövlət qulluğu və kadr siyasəti, ictimai fəaliyyət sahəsində dövlət idarəetməsi və sahələrarası dövlət idarəetməsi kimi vacib məsələlər müasir demokratik tələblərə cavab verən, nəzəriyyə və praktikanın qarşılıqlı əlaqəsini nəzərə alaraq sivil, bütün hakimiyyət atributlarına malik dövlət qurulması tələbinin yerinə yetirilməsinin nəzəri konseptual əsasları verilmişdir.
Dövlət hakimiyyəti qərarlar qəbul etmək və onları həyata keçirməyə qadir istiqamətverici və təşkiledici bir qüvvədir. Buna baxmayaraq hakimiyyətlə idarəçiliyi eyniləşdirmək olmaz. Güclü dövlətlə yanaşı, səmərəli idarəçiliyin olması da çox vacib şərtdir. Bu baxımdan dərsliyin X, XI və XII fəsillərində dövlət idarəçiliyinin təşkilatı funksional strukturu, dövlət idarəetməsinin prinsipləri, funksional sistemi, funksional və təşkilati strukturu, idarəetmə orqanlarının təşkili xüsusiyyətləri, klassik idarəetmə tsikli və hakimiyyətin bölgüsü idarəetmə tsiklinin fazaları kimi, hakimiyyətlərin bölgüsü dövlət hakimiyyəti və idarəetməsinin ən yüksək səviyyədə təşkilinin funksional mexanizmi və ona təsir edən amillərin açıqlanması öz əksini tapmışdır .
Dövlət idarəetmə nəzəriyyəsinin ən vacib problemlərindən biri də dövlət idarəetməsinin hüquqi təminatı və onun tənzimlənməsidir. XI fəsildə həmin problemin həlli yolları və mexanizmləri ətraflı verilmişdir. Beləki, dərslikdə dövlət idarəetməsinin hüquqi tənzimlənməsinin mahiyyəti, mexanizmi, predmeti və metodları, hüquqi tənzimlənməsinin formaları, növləri, strukturu və dövlət idarəetməsində qanunçuluq prinsipinin təmin olunması məsələləri ətraflı şərh edilmişdir.
XX əsrin sonlarından informasiya və kommunkasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən, dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elmi, təhsili və bütövlükdə insanların həyat tərzini əhatə edən vacib amillərdən birinə çevrilmişdir. Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yol bəşər sivilizasiyasının gələcəyinə gedən yoldur. Müasir tələblər baxımından ölkədə informasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi bütövlükdə dövlətin hərbi-siyasi və sosial-iqtisadi potensial göstəricisi olmaqla, dövlət idarəetməsinin səmərəliliyinə əsaslı təsir edən amillərdən biridir. Bu problemin öyrənilməsi, onların mahiyyəti, təşkili xüsusiyyətlərini mənimsəyən peşəkar mütəxəssislərin hazırlanması üçün dəyərli materiallar XII fəsildə ətraflı verilmişdir.
Dərsliyin XIII-XVII fəsillərində dövlət idarəetməsinin ərazi təşkili, mərkəzi və yerli ərazi idarəetmə orqanları, idarəetmənin prinsipləri və təşkilinin hüquqi əsasları, Azərbaycanda regionların inkişafının dövlət idarəetməsi, dövlət qulluğu və kadr siyasəti, sahələrarası dövlət idarəetməsi, əsas iqtisadi funksiyaları, mahiyyəti və istiqamətləri, dövlət əmlakının və mülkiyyət münasibətlərinin idarə edilməsi, xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi və idarə edilməsi haqqında elmi və hüquqi cəhətdən əsaslandırılmış zəngin tədris materialları verilmişdir.
XIII fəsildə dövlət idarəetməsinin ərazi təşkili o cümlədən regional idarəetmənin mahiyyəti, məqsədləri və üsulları, mərkəzi və yerli ərazi idarəetmə orqanları, regional idarəetmənin prinsipləri və təşkilinin hüquqi əsasları, Azərbaycanda regionların inkişafının dövlət idarəetməsi məsələlərinə baxılmışdır.
XIV və XV fəsillərdə dövlət qulluğu, dövlət qulluğunun mahiyyəti və sosial təminatı, peşəkar dövlət qulluğu sisteminin formalaşdırılması, müasir Azərbaycanda dövlət qulluğu institutu, dövlətin kadr siyasəti konsepsiyası, kadr siyasətinin prinsipləri və icra mexanizmləri, " fəaliyyətin qiymətləndirilməsi" və "kadr attestasiyası" prosedurlarının xüsusiyyətləri, məmur kadrların hazırlanması və ixtisasının artırılması, habelə kadr siyasətinin ənənəvi əsasları, müasir məmur kadrlarına cəmiyyətin tələbləri və başqa qiymətli aktual problemlərin məntiqli açıqlamaları verilmişdir.
Kitabın XVII fəsli sahələrarası dövlət idarəetməsinin mahiyyəti və istiqamətləri, dövlət əmlakının və mülkiyyət münasibətlərinin idarə edilməsi, xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi və idarə edilməsinə dair məsələlərin öyrənilməsinə həsr olunmuşdur.
Dərsliyin III bölməsi 5 fəsildən ibarətdir. Burada Azərbaycan Respublikasının dövlət hakimiyyət-idarəetmə orqanları sistemi, yerli özünü idarəetmə, dövlət idarəçiliyində islahatlar, dövlət menecmenti və dövlət idarəçiliyinin səmərəliliyi haqqında ətraflı materiallar vardır.
XVIII fəsil Azərbaycan Respublikasında dövlət orqanları sisteminin təşkili prinsipləri, dövlət idarəetmə sistemində Azərbaycan Respublikası Prezidentinin konstitusion statusu, Milli Məclis, dövlət idarəetmə sistemində onun yeri və rolu, məhkəmə sistemi və onun idarəetmə vəzifələri və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sistemi kimi mühüm məsələlərə həsr edilmişdir. Materialda Azərbaycan Respublikasının dövlət hakimiyyət idarəetmə orqanları sisteminin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının strukturunun, Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətinin, məhkəmə sisteminin və icra hakimiyyəti orqanlarının strukturu barədə materiallar mövzuların öyrənilməsi üçün dəyərli əyani vəsaitdir.
Hər bir demokratik ölkədə ən yüksək sosial təşkilat kimi tanınan vətəndaş cəmiyyətinin formalaşması burada yerli özünüidarəetmənin hərtərəfli və məqsədyönlü inkişafını tələb edir. Bu baxımdan XIX fəsildə gənc demokratik Azərbaycan dövlətində formalaşmış yerli özünüidarəetmə haqqında, dövlətin və cəmiyyətin idarə olunmasında yerli özünüidarəetmənin yeri və rolu, mahiyyəti, prinsipləri, strukturu və səlahiyyətləri, dövlət və bələdiyyə orqanlarının qarşılıqlı fəaliyyəti, ölkədə yerli özünüidarəetmə sisteminin formalaşması və inkişafı haqqında ətraflı tədris materialı toplanmışdır.
Kitabın XX fəslində dövlət idarəçiliyində islahatların səbəbləri, məqsəd və vəzifələri, inkişaf etmiş ölkələrdə dövlət idarəçilik islahatlarının əsas istiqamətləri, Azərbaycanda dövlət idarəçilik islahatlarının başlıca vəzifələri və istiqamətləri barədə ətraflı, məntiqli, tarixi və statistik hüquqi əsaslarla zəngin material verilmişdir. Burada hökümətin strukturunun yenidən qurulması, dövlət resurslarının idarə olunması sistemi, özəl sektorun üstün inkişafı, peşəkar dövlət qulluğu, yeni informasiya texnologiyaları, qeyri-mərkəzləşdirmə prosesi, vətəndaş cəmiyyətinin inkişafı, məhkəmə sisteminin gücləndirilməsi və digər sahələrdə islahatların aparılması haqqında ətraflı, zəngin, hüquqi-metodik məlumatlar verilmişdir.
Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun redaktorluğu və ümumi rəhbərliyi ilə akademiyanın bir qrup peşəkar müəllim kollektivi tərəfindən hazırlanmış "Dövlət idarəçilik nəzəriyyəsi" kitabı bu sahədə geniş nəzəri və praktiki materiallar əsasında Azərbaycan dilində peşəkarlıqla işlənib hazırlanmış ilk dərslikdir. Kitabda dövlət idarəçiliyinin nəzəri-metodoloji əsasları, dövlət idarəçiliyinin təşkili, təmin olunması, müasir şəraitdə dövlət idarəçiliyinin təkmilləşdirilməsinin başlıca istiqamətləri, onların reallaşdırılması problemləri və bir sıra digər aktual məsələlər öz əksini tapmışdır. Dərslikdə göstərilən materiallarla yanaşı, dövlət idarəçiliyi sahəsində böyük islahatçı , ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanan və bu gün bütün sahələrdə olduğu kimi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, daim genişlənən və dərinləşən islahatlar prosesi də əsas yer tutmuşdur.
Dövlət idarəçiliyi və yerli özünüidarə sahəsində optimal qərarlar qəbul etməyi bacaran mütəxəsislər hazırlanması işinə xidmət edən tədris fənləri içərisində dövlət idarəçilik nəzəriyyəsi birinci dərəcəli fəndir. Bu baxımdan həmin fənnin tədrisində bu dərslik əvəzsiz vəsait rolunu oynayacaqdır.
Dərslik Dövlət İdarəçilik Akademiyasının və respublikamızın digər ali təhsil müəssisələrinin tələbələri, əlavə təhsil alan müdavimlər, ixtisasartırma kurslarının dinləyiciləri üçün nəzərdə tutulmasına baxmayaraq, həmçinin müəllimlər, elmi işçilər, dövlət orqanlarında çalışan kadrlar və dövlət məmurları üçün masaüstü kitab olacaqdır. Dövlət İdarəçilik Akademiyasının təcrübəli müəllim kollektivinin məhsuldar əməyi nəticəsində işiq üzü görmüş "Dövlət idarəçilik nəzəriyyəsi" dərsliyi dövlət idarəçiliyinin müasir tələb və vəzifələrini, aktual məsələlərini, istər son illərdə respublikamızda və istərsə də inkişaf etmiş dövlətlərdə əldə edilmiş təcrübəni öyrənmək sahəsində tələbə, müəllim, elm adamları, habelə məmurlar üçün çox dəyərli töhfədir.

{nl}

A. MEHRABOV, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru, professor İ. İBRAHİMOV, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət idarəetməsi və menecment kafedrasının əməkdaşı, kənd təsərrüfatı elmləri namizədi

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında