Texniki Universitetdə məzun günü qeyd olunmuşdur

İyunun 25-də Azərbaycan Texniki Universitetində məzun günü keçirilmişdir.
Universitetin rektoru, professor Havar Məmmədov cari tədris ilində bu ali məktəbi 1459 magistr və bakalavrın bitirdiyini diqqətə çatdırmışdır. Onlardan 201-i universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
Vurğulanmışdır ki, bu gün universitetin tarixində 60-cı məzun günü qeyd edilir. Bu olduqca əlamətdar bir hadisədir.
Rektor məzunları təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.
Milli Məclisin deputatı Vahid Əhmədov, təhsil nazirinin müavini Elmar Qasımov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və başqaları ölkəmizdə gənclərin biliklərə yiyələnməsi üçün yaradılan əlverişli şəraitdən danışmış, yüksək ixtisaslı mütəxəssislər hazırlayan professor-müəllim heyətinin səmərəli əməyini yüksək qiymətləndirmişlər.
Çıxış edən məzunlar doğma Azərbaycanın inkişafı naminə çalışacaqlarına söz vermişlər.
Sonra məzunlara diplom və xatirə hədiyyələri təqdim olunmuşdur.
Tədbir bədii hissə ilə başa çatmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında