Ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi

2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən bakalavrların ixtisaslaşma seçimi iyunun 25-də saat 24.00-da başa çatmışdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyunun 25-də TQDK-da keçirilən mətbuat konfransında bildirmişdir ki, təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşma seçiminə və müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testlərdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavablardan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılmışlar. Tədrisi ingilis dilində olan ixtisaslaşmalar üzrə müsabiqədə iştirak etmək üçün isə, bunlarla yanaşı, bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.
Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisaslaşma seçiminə və müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 100-dən (müəyyən proqramlar üzrə 80-dən), o cümlədən ixtisas üzrə testlərdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavablardan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılmışlar. Tədrisi ingilis dilində olan ixtisaslaşmalar üzrə müsabiqədə iştirak etmək üçün isə, bunlarla yanaşı, bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.
Qeyd edilmişdir ki, müsabiqədə iştirak hüququ olan 5238 bakalavrdan 4453-ü artıq öz ixtisaslarını təsdiqləmişdir.
TQDK-nın sədri, eyni zamanda xatırlatmışdır ki, iyulun 4-də ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcəkdir. Bu il attestat alan hər bir abituriyent müəyyən edilmiş vaxtda "İmtahana buraxılış vərəqəsi"ni əldə etmək üçün təhsil haqqında sənədinin seriyasını, nömrəsini və verilmə tarixini, fənlər üzrə attestat qiymətlərini elektron ərizəsinə daxil etməli, attestatı elektron ərizəsini təsdiq etdirdiyi Sənəd Qəbulu Komissiyasına təqdim edib attestatda əks olunmuş məlumatları təsdiq etdirməlidir.
Sonra jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında