Milli Aviasiya Akademiyasının I qrup ixtisaslarını xüsusi tibbi və psixoloji müayinədən keçmiş abituriyentlər seçə bilərlər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirmişlər ki, 2010/2011-ci tədris ili üçün ali məktəblərə tələbə qəbulu müsabiqəsində Milli Aviasiya Akademiyasının (MAA) I qrup ixtisaslarını ərizə qəbulu mərhələsində akademiyada xüsusi tibbi və psixoloji müayinədən müvəffəqiyyətlə keçmiş və elektron ərizələrini bilavasitə həmin təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasında təsdiq etdirmiş abituriyentlər seçə bilərlər.
MAA-nın I qrup ixtisaslarını elektron ərizələrində xarici dildən imtahan fənni kimi yalnız ingilis dilini qeyd etmiş abituriyentlər seçə bilərlər.
MAA-nın "Uçuş mühəndisliyi"ixtisasını həmin təhsil müəssisəsində xüsusi tibbi müayinədən, "Psixofizioloji peşə seçimi" və "Fiziki hazırlıq" üzrə xüsusi qabiliyyət müsabiqələrindən müvəffəqiyyətlə keçmiş və 23 yaşına çatmamış oğlan abituriyentlər, "Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi" ixtisasını isə xüsusi tibbi müayinədən, "Psixofizioloji peşə seçimi" və "Fiziki hazırlıq" üzrə xüsusi qabiliyyət müsabiqələrindən müvəffəqiyyətlə keçmiş və 23 yaşına çatmamış bütün abituriyentlər seçə bilərlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında