"İctimai və humanitar elmlər: zaman kontekstində baxış"

Müstəqil Azərbaycan hazırda inkişafının elə mərhələsindədir ki, mövcud sosial-iqtisadi uğurların davamlılığının təmin edilməsi prosesində əsaslandırılmış elmi qənaətlərə geniş istinad olunmalıdır. Elmin inkişaf təmayüllərinin respublikanın müasir reallıqlarına nəzərən müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin həlli, elmlə idarəçiliyin səmərəli vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin rentabelliliyinə nail olunması yeni mərhələdə alimlərin qarşısında ciddi vəzifələr kimi dayanır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc olunmuş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsinin ilk gündən cəmiyyətdə böyük maraqla qarşılanması da məhz bu reallıqla şərtlənmişdir. Konseptual elmi araşdırmaların, dərin müşahidələrin nəticəsi kimi ərsəyə gəlmiş əsərdə humanitariyanın ideya əsasları, ictimai şüura təsir edən effektiv humanitar texnologiyalar, milli mədəni-mənəvi oriyentasiya məsələləri, əski ideologiya və milli məfkurə kimi ciddi problemlər qaldırılmış, ilk növbədə, humanitar və ictimai elmlərin qarşısında duran prioritet vəzifələr müəyyənləşdirilmişdir. Eyni zamanda, bu sahədə müşahidə olunan əsas nöqsanlar göstərilmiş, müvafiq elmi-tədqiqat institutlarının yeni dövr üçün vəzifələri diqqətə çəkilmiş, bununla da ölkənin intellektual elitası açıq fikir mübadiləsinə, müzakirələrə dəvət edilmişdir.
Respublikanın tanınmış elm xadimləri, ayrı-ayrı tədqiqatçılar, filosoflar, siyasətşünaslar, jurnalistlər Azərbaycan elminin mövcud problemlərinin aradan qaldırılmasına yeni imkanlar açan, ictimai fikri intellektual sferada həllini gözləyən aktual məsələlərə yönəldən "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi ilə bağlı dəyərli fikirlərini, təkliflərini, rəylərini bildirməyə ehtiyac duymuşlar.
Bu müzakirələrin ölkə ictimaiyyətinə çatdırılmasına ilk gündən dəstək verən "Azərbaycan" qəzeti akademik Ramiz Mehdiyevin elmimizin keçmişinə, bu gününə və sabahına mükəmməl elmi-fəlsəfi yanaşma olan "İctimai və humanıtar elmlər: zaman kontekstində baxış" məqaləsini və ona verilmiş rəylərin aktuallığını, habelə xalqın, dövlətin mənafeyi baxımından əhəmiyyətini nəzərə alaraq, onların kitab şəklində nəşrini məqsədəuyğun saymışdır. "Oskar" nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatda işıq üzü görən "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" kitabının redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur.
İki fəsildən ibarət kitabın giriş hissəsində akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi, habelə "Azərbaycan oxucusu yazıçılarımızdan ədəbi hadisəyə bərabər əsərlər gözləyir" sərlövhəli müsahibəsi yerləşdirilmişdir. Kitabın I və II fəsillərində sözügedən məqalənin müzakirəsi ilə bağlı keçirilmiş "dəyirmi masa"lar, habelə müəllif yazıları əksini tapmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf olunan kitabın ictimai dəyəri ilk növbədə onunla şərtlənir ki, burada bütövlükdə ölkə elminin inkişaf perspektivləri ilə bağlı qiymətli təkliflərin yer aldığı çoxsaylı müəllif məqalələri toplanmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında