ADPU-da keçirilmiş brifinqdə yay imtahan sessiyasının gedişi təhlil olunmuşdur

İyunun 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2009/2010-cu tədris ilinin yay imtahan sessiyasının gedişi ilə bağlı brifinq keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə ADPU-nun Kompyuter Mərkəzində imtahanın gedişi ilə tanışlıq olmuşdur.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov bildirmişdir ki, ADPU-da bütün ixtisaslar üzrə dövlət imtahanları informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə aparılır. Rektor universitetdə semestr imtahanlarına ictimai nəzarətin gücləndirilməsi üçün imtahan qərargahının fəaliyyət göstərdiyini, tələbələrin üzləşdikləri hər hansı bir çətinliyin operativ şəkildə araşdırılması üçün ayrı-ayrı fakültələr üzrə münaqişə komissiyalarının təşkil olunduğunu diqqətə çatdırmışdır.
Qeyd edilmişdir ki, imtahan sessiyası zamanı baş verə biləcək neqativ halların aradan qaldırılması məqsədi ilə fəaliyyət göstərən "qaynar xətt"ə tarix elmləri doktoru, professor Süleyman Məmmədov rəhbərlik edir. İmtahanların gedişini nəzarətdə saxlayan bu komissiyada ümumi psixologiya kafedrasının müdiri, professor Əbdül Əlizadə kimi tanınmış alim və pedaqoqlar təmsil olunurlar. İstər əyani, istərsə də qiyabi şöbələrdə imtahanlara nəzarət olduqca yüksək səviyyədə təşkil edilmişdir. Bu zaman nəzarətçilər qeyri-ixtisas sahələrinin müəllimləri arasından seçilir ki, bu da imtahan prosesinə mümkün müdaxilə hallarının qarşısını almağa imkan verir. Rektor demişdir ki, tələbələr tərəfindən böyük rəğbətlə qarşılanan bu üsul tezliklə digər ali məktəblərdə də tətbiq ediləcəkdir.
Universitetin tədris-metodika şöbəsinin müdiri, dosent Namiq Hacıyev demişdir ki, yay imtahan sessiyası dövründə bütün müəllimlərdən, eləcə də tələbələrdən prosesə obyektiv və yüksək məsuliyyətlə yanaşmaları tələb olunur.
Bildirilmişdir ki, artıq dörd ildir əyani şöbədə həm semestr, həm də kollokvium imtahanları kompyuter vasitəsilə keçirilir. Əyani şöbə üzrə 10 fakültədə imtahanların yüksək səviyyədə təşkili üçün beş kompyuter mərkəzi yaradılmışdır. Həmin mərkəzlərdə 200-ə yaxın kompyuterin köməyi ilə gün ərzində 1200 tələbə imtahan verir. Hər bir tələbənin kompyuterə müraciəti üçün şəxsi kodu vardır. Tələbə əvvəlcə imtahan verəcəyi fənni və proqramı seçir, bu zaman hər birinin beş cavab variantı olan 25 sual monitorda əks olunur. 40 dəqiqə ərzində tələbə düzgün variantları seçdikdən sonra cavabları bir daha nəzərdən keçirərək "təsdiq edirəm" düyməsini basır. Bu zaman tələbə test suallarına verdiyi cavaba görə topladığı balı dərhal bilir. Sonra isə kompyuter balı ilə tələbənin semestr balı cəmlənərək yekun qiymət müəyyənləşdirilir.
Tədbirdə diqqətə çatdırılmışdır ki, imtahanların kompyuter vasitəsilə keçirilməsi rektor Yusif Məmmədovun təşəbbüsü ilə ilk dəfə ADPU-da tətbiq olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında