Lənkəran xəbərləri

Universitetdə elmi konfrans keçirildi
Lənkəran Dövlət Universitetində Milli Qurtuluş gününə həsr edilmiş elmi konfrans keçirildi. Konfransı giriş sözü ilə universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov açdı.
Bildirildi ki, müstəqilliymizin qorunması və inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun artması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sevindirici haldır ki, Azərbaycan günbəgün tərəqqi edir, dünya birliyində nüfuzu artır.
Universitetin dil və ədəbiyyat kafedrasının müdiri, filologiya elmləri namizədi, dosent Yədulla Ağazadə "Milli Qurtuluş günü Azərbaycan xalqının tarixində yeni səhifədir" mövzusunda məruzə etdi.
Filologiya elmləri namizədi, Prezident təqaüdçüsü Mirhaşım Talışlı, kafedra müdiri Əhməd Quliyev, universitetin müəllimi Sevər Ağayeva və başqaları "Müstəqillik xalqımızın tarixi sərvətidir", "Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir", "Heydər Əliyev və gənclər siyasəti" mövzularında məruzələr etdilər. Natiqlər dedilər ki, ötən illər ərzində bütün sahələr üzrə dinamik inkişafla irəliləyən Azərbaycan həm də müasir mərhələdə dünyanın aparıcı dövlətləri cərgəsində layiqli yer tutur.
Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edildi.

{nl}

Əmək yarmarkası
LDU-nun mətbuat və informasiya xidmətindən verilən xəbərdə deyilir ki, Respublika Baş Məşğulluq İdarəsi bu ali təhsil ocağında əmək yarmarkası keçirib. Əmək yarmarkasında rayonun 41 müəssisəsindən 316 iş yeri təklif edilib. Burada 200 nəfərədək tələbənin şəxsi məlumatları qəbul olunub.
Məşğulluq İdarəsinin sektor müdiri Elçin Səlimovun məlumatına görə, respublikada əmək yarmarkaları 2007-ci ildən keçirilir. Həmin vaxtdan son üç il müddətində 914 müəssisədən 4858 iş yeri təklif olunub, 1153 nəfər işə düzəlib.

{nl}

İ.ƏMƏNULLAYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında