Ermənilərin növbəti yalanı ifşa olunmuşdur

AMEA Naxçıvan Bölməsində Pensilvaniya Universitetinin (ABŞ) Arxeologiya və Antropologiya Muzeyinin əməkdaşları ilə birgə mətbuat konfransı keçirilmişdir.
Konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq, Naxçıvanın qədim tarixinin öyrənilməsi istiqamətində son illər görülən işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan ərazisindəki tarixi abidələrin öyrənilməsi üçün Pensilvaniya Universitetinin əməkdaşları ilə birgə ekspedisiyalar təşkil olunmuş, Naxçıvanın qərbində, Şərur rayonunda Oğlanqala və Ovçular təpəsi yaşayış massivlərində və digər ərazilərdə kəşfiyyat işləri aparılmış, eramızdan əvvəl birinci minilliyə və orta əsrlərə qədərki dövrlərə aid bir sıra maddi mədəniyyət nümunələri aşkar edilmişdir.
Tarixi saxtalaşdırmağa çalışan ermənilər bu dəfə də öz əməllərindən əl çəkməmiş, Naxçıvan torpağında son arxeoloji tədqiqatlar nəticəsində tapılmış abidələrin Urartu dövlətinə aid olduğunu iddia etmişlər. Bu ilin may ayında ermənilərə məxsus "Yerkramas. org" saytında Naxçıvan torpaqlarında son arxeoloji tədqiqatlara aid təhrif olunmuş materiallar yerləşdirilmiş və bu materialların Pensilvaniya Universitetinin Arxeologiya və Antropologiya Muzeyinin əməkdaşlarından alındığı bildirilmişdir. Saytda qeyd olunur ki, qazıntılar nəticəsində aşkar edilmiş qalıqlar və materiallar erməni dövləti olan Ararat çarlığı (Urartu) dövrünə aiddir və bu ərazidə yaşamış xalqın etnik mənsubiyyətini təsdiqləyir. Bu, ağ yalandır və Pensilvaniya Universitetinin sözügedən muzeyi heç bir sayta və ya xəbər agentliyinə belə məlumat verməmişdir.
Muzeyin əməkdaşları Laurent Ristvet, Hilari Qopnik isə öz çıxışlarında ermənilərin iddialarının yalan olduğunu bildirmişlər. Laurent Ristvet qeyd etmişdir ki, dünya alimlərinin fikrinə görə, Urartu erməni dövləti olmamışdır. Ermənilərin Urartunu özlərinə aid etməsi köhnə və yalan tarixi nəzəriyyədir. Biz heç bir məlumatı ermənilərə verməmişik.
Saytda yerləşdirilən materiallar tarixi saxtalaşdırmaqdır. Arxeoloji tədqiqatlar zamanı müəyyən edilmişdir ki, Naxçıvan və Oğlanqala heç bir zaman Urartu dövlətinin ərazisi olmamışdır. Oğlanqala urartululara qarşı mübarizə aparan kiçik bir dövlətin paytaxtı olmuşdur. Ola bilsin ki, o, Göyçə ətrafında olan etnik tayfalar ilə birləşmişdir.
Artıq Pensilvaniya Universitetinin saytında erməni saytına qarşı etiraz materialları yerləşdirilmişdir və tarixi materialların saxtalaşdırılması əleyhinə birgə mübarizə bundan sonra da davam etdiriləcəkdir.
Sonra tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü və amerikalı alimlər mətbuat nümayəndələrinin suallarını cavablandırmışlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında