"Heç kim heç vaxt ölmür" toplusu işıq üzü görmüşdür

Milli Kitab Mükafatının onluğuna düşmüş müəlliflərdən biri, tanınmış yazıçı-tərcüməçi Kamran Nəzirlinin ingiliscədən tərcüməsində dünya ədəbiyyatından seçmələrin yer adlığı "Heç kim heç vaxt ölmür" kitabı "Mütərcim" nəşriyyatının sifarişi ilə çapdan çıxmışdır. Nəfis tərtibatda 500 tirajla buraxılmış kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Kitaba dünya ədəbiyyatının klassik və müasir nümayəndələri - C.Qolsuorsi, E.Heminquey, Oskar Uayld, Somerset Moyem, Uilyam Folkner, Edqar Allan Po, Cek London, Qabriel Qarsia Markes və digər yazıçıların əsərləri daxil edilmişdir. "Heç kim heç vaxt ölmür" toplusunun məsləhətçisi filologiya elmləri doktoru, professor Zeydulla Ağayevdir. Topluya ön sözü filologiya elmləri doktoru, professor Telman Vəlixanlı yazmışdır.
Kamran Nəzirli yeni nəşrində dünya klassiklərinin ötən illərdə tərcümə etdiyi əsərləri ilə yanaşı, yazıçılar barədə də geniş məlumat təqdim etmişdir. Kitab bu sahədə ixtisaslaşan universitet tələbə və müəllimləri, tərcümə mütəxəssisləri üçün də faydalı ola bilər. Kitabın satışını "Mütərcim" nəşriyyatı həyata keçirir və onu əldə etmək arzusunda olanlar nəşriyyatla əlaqə saxlaya bilərlər.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında