Polşa səfiri Bakı Slavyan Universitetində

Bakı Slavyan Universitetinin "Səfir saatı" klubunun növbəti qonağı Polşa Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Kşiştof Krayevski olmuşdur.
Azərbaycan Respublikasında beş illik diplomatik fəaliyyətini başa vuran K.Krayevskinin bu illər ərzində Azərbaycanla Polşa arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafında böyük xidmətləri olmuşdur. K.Krayevski Bakı Slavyan Universitetində "Polyak dili və mədəniyyəti mərkəzi"nin səmərəli fəaliyyətinə daim kömək etmişdir.
Tədbiri giriş sözü ilə BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev açaraq səfir Kşiştof Krayevskinin ötən illər ərzində peşəkar diplomat kimi yüksək səviyyədə fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında bütün sahələrdə əlaqələrin inkişafında sizin əməyiniz danılmazdır. Bizim universitet sizin simanızda özünə sadiq dost qazanıb".
Səmimi və xoş münasibətə görə BSU kollektivinə təşəkkür edən K.Krayevski diplomatik fəaliyyəti dövründə görülən işlər haqqında danışdı: "Bu gün Polşa ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox yüksək səviyyədədir və bu bizi çox sevindirir. Azərbaycan bizim çox ciddi və böyük strateji müttəfiqimizdir. İnanıram ki, ölkələrimiz arasındakı əlaqələr bundan sonra da yüksələn xətt üzrə davam edəcək. Mərhum Prezident Lex Kaçinskinin Azərbaycana beş dəfə səfər etməsi ölkələrimiz arasında əlaqələrin ən parlaq göstəricisidir. BSU-da "Polyak dili və mədəniyyəti mərkəzi"nin açılması da bizim dostluq və əməkdaşlığımızın ən bariz nümunəsidir".
Tədbirin sonunda BSU-nun tələbə və müəllim heyəti adından səfir Kşiştof Krayevskiyə təşəkkür elan olundu, ona gələcək fəaliyyətində uğurlar arzulandı. Sonda K.Krayevski universitetin xatirə kitabına öz ürək sözlərini yazdı.

{nl}

Namiq QƏDİMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında