M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı tələbə qəbulu elan edir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirmişlər ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 2010/2011-ci tədris ili üçün müvafiq ixtisaslar üzrə (bakalavr səviyyəsi, rus bölməsi) tələbə qəbulu elan edir.
Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı qəbul komissiyası tərəfindən aparılan sınaqlarda TQDK-nın bu il keçirəcəyi test imtahanlarında 350 və daha artıq bal toplayan rus bölməsinin abituriyentləri iştirak edə bilərlər. Orta məktəbin Azərbaycan bölməsini rus dili fənni üzrə "əla" və "yaxşı" qiymətlərlə bitirən və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirəcəyi test imtahanlarında 350 və daha artıq bal toplayan abituriyentlər də müvafiq qəbul sınaqlarında iştirak edə bilərlər.
Bu barədə "Abituriyent" jurnalında ətraflı məlumat verilmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında