Naxçıvanda Hərbi Liseyin 10-cu buraxılışı olmuşdur

Heydər Əliyev adına Hərbi Liseydə 10-cu buraxılışa həsr olunmuş mərasim keçirilmişdir.
Liseyin rəisi Rasim Əliyev mərasimdə çıxış edərək demişdir ki, bu təhsil ocağının yaradılması ümummilli liderimizin ordu quruculuğu sahəsində həyata keçirdiyi dahiyanə işlərin davamı, Milli Qurtuluş Gününün bəhrəsidir. Göstərilən dövlət qayğısı sayəsində hərbi lisey qısa müddətdə böyük inkişaf yolu keçmiş, kursantların məişəti, təhsili, sağlamlığı, fiziki tərbiyəsi üçün lazımi şərait yaradılmışdır. Məktəbimiz 2008-2009-cu tədris ilində "Ən yaxşı məktəb" müsabiqəsinin qalibi olmuşdur. Bu gün Heydər Əliyev adına Hərbi Liseyin məzunlarının xeyli hissəsi Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərində zabit kimi xidmətlərini davam etdirirlər.
Lisey rəisinin müşaviri, Türkiyə Silahlı Qüvvələrinin zabiti Səfa Aydın, kursantlar və valideynlər çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ulu öndər Heydər Əliyevin adını daşıyan hərbi liseyin 10-cu buraxılışı münasibətilə müəllim, zabit və kursant heyətini təbrik edərək demişdir: Ötən dövrlər ərzində Heydər Əliyev adına Hərbi Liseyin formalaşaraq müasir səviyyəyə gəlib çatması ölkəmizdə ümummilli liderimiz tərəfindən əsası qoyulan ordu quruculuğu xəttinin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsinin əyani ifadəsidir. Azərbaycanda hərb sənətinə həmişə böyük maraq olmuşdur. Xalqımız tarixən öz torpağının keşiyində dayanmış, doğma vətənimiz düşmənlərdən müdafiə olunmuşdur. Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan 40-dan artıq müdafiə tikilisi və qalalar qeyd olunanların əyani ifadəsidir. Bundan başqa, xalqımıza məxsus xeyli sayda qəhrəmanlıq dastanları, qəhrəmanlığı, igidliyi vəsf edən qopuz-saz havaları vardır. Bütün bunlar onu göstərir ki, azərbaycanlılarda tarixən vətənin müdafiəsi şərəf işi olmuş, xalqımız hərb sənətinin sirlərini mənimsəmişdir. Lakin bu da həqiqətdir ki, keçmiş sovetlər birliyi dövründə gənclərimizin hərbi sənətə yiyələnməsi sahəsində ciddi maneələr yaradılmış, sovet ordusuna çağırılan azərbaycanlılar bir qayda olaraq nizami xidmətə yox, mühəndis-tikinti işlərinə cəlb olunmuşlar.
Ali Məclisin sədri ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycan rəhbəri seçilməsi nəticəsində respublikamıza münasibətin tamamilə dəyişdiyini, bu dəyişikliyin kökündə milli rəhbərin sarsılmaz iradəsi və qətiyyətinin, xalqımızın milli mənəvi dəyərlərinə sədaqətinin, tarixi keçmişimizə məhəbbətinin və böyük gələcəyimizə inamının dayandığını, bu dövrdə ümummilli liderimizin ən böyük tarixi xidmətlərindən birinin də Azərbaycan gənclərinin hərbi təhsilinin təşkilindən ibarət olduğunu bildirmişdir. Ali Məclisin sədri demişdir: Bu gün hərbi liseyin 10-cu buraxılışını keçiririk. Ötən dövrlər ərzində hərbi məktəbi 1305 kursant bitirmiş, onlardan 1268-i ali hərbi məktəblərə qəbul olunmuşdur. Bu gün biz kursantlara baxarkən Azərbaycanın gələcəyini düşünür, təbii qürur hissi keçirir və sevinirik. Sevinirik ki, muxtar respublikamızda vətənpərvər gənclərimiz arasında hərbi təhsilə meyil ildən-ilə artır. Əgər keçən il hərbi liseyi 144 kursant bitirmişdirsə, bu il onların sayı 190 nəfərdir.
Ali Məclisin sədri qarşıda duran vəzifələrlə əlaqədar tövsiyələrini də vermişdir.
Vasif Talıbov kursantlara və müəllim heyətinə uğurlar arzulamış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrinə və hərbi liseyə göstərdikləri köməyə görə Türkiyə Silahlı Qüvvələrinə, onların rəhbərlərinə minnətdarlığını bildirmişdir.
Sonra Ali Məclisin sədri liseyin əlaçı kursantlarına attestatları təqdim etmiş, onları və bir qrup zabit və müəllimi qiymətli hədiyyələrlə mükafatlandırmışdır.
Kursant Nəcəf Nəcəfzadə təhsil ocağının rəmzi kötüyünə xatirə lövhəsi vurmuşdur. Orkestrin müşayiəti ilə "Hərbi lisey marşı" ifa edilmiş, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçmişdir.
Ali Məclisin sədri liseyin yeməkxanasında olmuş, xidmətin təşkili ilə maraqlanmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında