Azərbaycan Diplomatik Akademiyası Vaşinqtonda seminar keçirmişdir

Azərbaycan Diplomatik Akademiyası (ADA) Vaşinqtonda "Fəlsəfə doktorlarının inkişafına dəstək proqramı" çərçivəsində ikigünlük seminar keçirmişdir.
ADA-dan bildirmişlər ki, seminarda ABŞ və Kanadanın aparıcı universitetlərində çalışan azərbaycanlı fəlsəfə doktorları və burada təhsil alan fəlsəfə doktorluğuna namizədlər, habelə, Con Hopkins və Corc Vaşinqton universitetləri, Atlantik Şurası, Vaşinqtonun aparıcı elm mərkəzlərinin mütəxəssisləri və professorları iştirak etmişlər.
Elmi müzakirə və məruzələr iqtisadiyyat, maliyyə, siyasi elmlər, beynəlxalq münasibətlərə aid mövzular ətrafında aparılmışdır.
Çıxış edənlər dünya neft bazarı, innovasiyalar, azad bazarda risklər, dini tolerantlıq və digər mövzular barədə öz elmi araşdırmalarını təqdim etmişlər.
Seminar Vaşinqtonun tarixi Dumbarton House villasında keçirilmişdir.
Seminarda Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun sədri professor Frederik Star və ölkəmizin Los-Anceles şəhərində baş konsulu Elin Süleymanov arasında keçirilən debatda ABŞ-Azərbaycan strateji əməkdaşlığının yolları və potensialları araşdırılmışdır.
Xatırladaq ki, Azərbaycan Diplomatik Akademiyası artıq iki ildir "Fəlsəfə doktorlarının inkişafına dəstək proqramı"nı təsis etmişdir. Proqramın əsas məqsədi xaricdə fəlsəfə doktoru elmi dərəcəsi almış və doktorantura təhsili almaqda olan azərbaycanlı mütəxəssisləri Vətənə cəlb etmək və eyni zamanda, bu mütəxəssislərin peşəkar inkişafına və karyera irəliləyişlərinə yardım etməkdir.
ADA tərəfindən maliyyələşdirilən bu proqram çərçivəsində Azərbaycan haqqında elmi tədqiqatların aparılmasına, məqalələrin çap olunmasına və azərbaycanlı fəlsəfə doktorlarının beynəlxalq elmi konfranslarda iştirakına görə qrantlar da verilir.
Vaşinqtonda keçirilən bu seminarda seçilən 8 azərbaycanlı münsiflər heyətinin qərarı ilə belə qrantlara layiq görülmüşdür.
ADA xaricdə təhsil alan fəlsəfə doktorlarının illik seminarını bu il dekabrın 20-21-də Bakıda keçirməyi planlaşdırır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında