Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 90 illiyinə həsr olunmuş tədbir

İyunun 9-da Gənc Tamaşaçılar Teatrında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarının üstünə gül dəstələri düzülmüşdür.
Sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi yad edilmişdir.
Müvafiq qurumların, beynəlxalq təşkilatların təmsilçilərinin, təhsil işçilərinin, Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər ölkələrdən olan nümayəndələrin iştirak etdikləri tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışmış, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının bir qrup əməkdaşı fəxri ada və təltiflərə layiq görülmüşdür.
Eyni zamanda, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının fəalları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Təhsil Nazirliyi tərəfindən medal və döş nişanları ilə təltif olunmuşlar.
Azərbaycanda ictimai təşkilatların fəaliyyəti üçün geniş imkanlar yaradıldığını xatırladan S.Mehbalıyev bildirmişdir ki, respublikamızda həmkarlar təşkilatları inkişaf edir, cəmiyyətin tərəqqisində mühüm rol oynayır.
Səttar Mehbalıyev 1920-ci ildə yaradılan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının inkişaf mərhələləri barədə danışaraq, bu təşkilatın təhsilimizin tərəqqisi, müvafiq sahədə çalışan insanların əmək və sosial hüquqlarının, mənafelərinin təmin edilməsi, ittifaq üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində göstərdiyi xidmətləri diqqətə çatdırmışdır.
ATİAHİ Respublika Komitəsinin beynəlxalq əlaqələrinin ilbəil genişləndiyini qeyd edən S.Mehbalıyev bildirmişdir ki, qurum Beynəlxalq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinə, Beynəlxalq Təhsil Birliyinə, Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinə və digər beynəlxalq təşkilatlara üzv qəbul olunmuşdur.
Təhsil naziri Misir Mərdanov Prezident İlham Əliyevin təhsilin inkişafına daim böyük əhəmiyyət verdiyini bildirmişdir.
ATİAHİ-nin fəaliyyətini yüksək qiymətləndirən nazir təkliflərini vermiş, təşkilatın üzvlərinə uğurlar arzulamışdır.
Müasir dünyada təhsilin önəmli rolunu xatırladan Beynəlxalq Təhsil Birliyinin baş katibi Fred van Liuven bu sahədə çalışan insanlara daim qayğı göstərilməsinin vacibliyini vurğulamışdır.
Çıxış edən təhsil işçiləri, qonaqlar da təhsilin inkişaf etdirilməsinin əhəmiyyətindən danışmış, əlamətdar gün münasibətilə bu sahədə çalışanları təbrik etmişlər.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında