Azərbaycan Universitetində müəllimlər yeni proqram üzrə təkmilləşdirilir

Müəllimlərin təkmilləşdirilməsi məsələsi təhsilin çox vacib sahələrindəndir. Azərbaycan Universiteti bu sahənin inkişafına xüsusi diqqət yetirir, hər zaman dünyada mövcud olan mütərəqqi təlim texnologiyalarının, innovasiyaların öyrənilməsinə, tətbiqinə mühüm əhəmiyyət verir.
Sözügedən məsələ ilə əlaqədar Corciya Dövlət Universitetinin (ABŞ) professoru Satiş Nargundkar Corciya Dövlət Universiteti ilə Azərbaycan Universiteti arasında imzalanan ikitərəfli əməkdaşlıq müqaviləsinə əsasən Azərbaycan Universitetində (AU) treninq proqramının icrasına başlamışdır. Proqramın məqsədi iştirakçıları ali məktəblərdə səmərəli təlim üçün zəruri olan məlumatlarla təmin etmək və tələbələrin öyrənmələrini, qavramalarını maksimuma çatdırmaq üçün xüsusi strategiyanı müzakirə etməkdir. Treninqdə müəllimin auditoriyaya qədərki hazırlığı, mühazirə və məşğələlərin təşkili, çoxnövlü təlim strategiyaları (interaktiv mühazırə, keyslər, videolar, rollu oyunlar da daxil olmaqla korporativ öyrənmə və s.), test və qiymətləndirmə strategiyaları, mühazirə və məşğələlərdə çətin situasiyaları idarə etmək kimi məsələlərə xüsusi diqqət yetirilir.
Proqram iştirakçıları öz təlim strategiyalarını təkmilləşdirmək imkanı əldə edəcəklər. Treninq ingilis dilində aparılır. Proqramda 20 nəfər AU, 2 nəfər tərəfdaş Qafqaz Universitetinin müəllimi iştirak edir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında