Azərbaycan və Ukrayna alimləri arasında əməkdaşlıq genişlənir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu Ukraynanın elmi təşkilatları və universitetləri ilə əlaqələrini inkişaf etdirməyə çalışır.
Bu günlərdə institutun alimləri, akademik İbrahim Quliyev, AMEA-nın müxbir üzvü Hətəm Quliyev və geologiya-mineralogiya elmləri namizədi Xanlar Ağayev Ukrayna Milli Elmlər Akademiyası (UMEA) Geofizika İnstitutu, Taras Şevçenko adına Kiyev Milli Universitetinin geologiya fakültəsi və Ukrayna Elmi-Texnoloji Mərkəzində olmuşlar. Bir həftəlik səfər zamanı Azərbaycan alimləri ukraynalı həmkarları ilə yeni müştərək layihələr təşkil etmək barədə razılıq əldə etmişlər.
Azərbaycan alimləri UMEA Geofizika İnstitutu və Kiyev Milli Universitetində keçirilən elmi müzakirələrdə "Geoloji mühitin elastiki parametrlərinin müasir geodinamikanı nəzərə almaqla modelləşdirilməsi" adlı məruzə ilə çıxış etmişlər. Burada həmçinin Ukrayna Elmi-Texnoloji Mərkəzinin 2007-ci ildə təsdiq etdiyi və Avropa Birliyinin maliyyələşdirdiyi "Müxətlif termobarik şəraitdə süxurların fiziki-mexaniki xüsusiyyətlərinin və onların dəyişmə dinamikasının tədqiqi" adlı layihənin nəticələri müzakirə olunmuşdur. Nəticələrin AMEA-da nəşr olunan beynəlxalq "Geofizika" jurnalında dərc olunan tövsiyə olunmuş və layihənin daha 3 il uzadılması məqsədi ilə yeni tədqiqatlar layihəsi hazırlayıb Avropa Birliyinə təqdim etmək üçün qərar qəbul edilmişdir. Qeyd edək ki, layihənin müddətinin uzadılması zərurəti bu ilin martında Bakıda keçirilmiş beynəlxalq seminarda da bildirilmişdir.
Ukrayna alimləri ilə gələcək əməkdaşlıq planına həmçinin kadr hazırlığı və təcrübə mübadiləsi salınmışdır. Nəzərdə tutulmuş işlərdən biri də Avropanın qabaqcıl elm mərkəzləri və qabaqcıl universitetləri ilə birgə "Xəzər-Qara dənizləri hövzəsinin neft-qaz potensialının öyrənilməsində müasir geodinamikanın nəzərə alınması" adlı layihə hazırlayaraq Avropa Birliyinin Yeddinci Çərçivə Proqramına təqdim etməkdir.

{nl}

Səid HÜSEYNOV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında