"İnsan dənizi" romanı ingilis dilində

Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının "İnsan dənizi" romanı Böyük Britaniyada ingilis dilində (London, 2012) nəşr olunmuşdur. Michael Brannokun redaktəsi ilə təqdim olunan roman müasir Azərbaycan ədəbiyyatının təbliği sahəsində yeni bir addım kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, Vaqif Sultanlı müxtəlif dövrlərdə nəşr olunmuş "Sönmüş ulduzlar", "Qul bazarı", "Ölüm yuxusu", "Heçlik vadisi", "Ağır yolun yolçusu", "Azadlığın üfüqləri", "Azərbaycan mühacirət ədəbiyyatı", "Ömrün nicat sahili" və başqa bədii və elmi kitabların müəllifidir.
Realist və şərti-metaforik üslubun ortaq cəhətlərini özündə birləşdirən "İnsan dənizi" romanında hadisələr ötən əsrin sonlarında cərəyan edir. Yazıçı təsadüfən qətl törədən bir insanın taleyi fonunda dövrün sosial və mənəvi-əxlaqi ziddiyyətlərini əks etdirməyə çalışmışdır.
Müəllif romanda cəmiyyətin varlığına yoluxmuş biganəlik, laqeydlik, əxlaqsızlıq, mənəviyyatsızlıq və s. kimi mənfi dəyərləri bədii materialın obyektinə çevirə bilmişdir.
İngilis publisisti və tənqidçisi dr.Vinsent Valş kitaba yazdığı ön sözdə romanı yüksək dəyərləndirərək burada "çağdaş cəmiyyətə hakim olan özgələşmə probleminin uğurlu bədii həllini tapdığını" vurğulamışdır.
Qeyd edək ki, "İnsan dənizi" romanı bu ilin payızında Amerika Birləşmiş Ştatlarında da nəşr olunacaqdır.

{nl}

Səadət RZAYEVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında