Qayğı bizi daha böyük uğurlara ruhlandırır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı dönməz xarakter alıb. Əhalinin maddi rifahının daha da yaxşılaşması üçün atılan addımlar fərəh doğurmaya bilməz. Regional inkişaf proqramlarının ardıcıl icrası nəticəsində bütün bölgələrdə köklü dəyişikliklər baş verib, uğurların miqyası genişlənib.
Son illərdə bizim Astara rayonu bəlkə də on illərə bərabər inkişaf yolu keçib. Rayonun mərkəzində, qəsəbə və kəndlərində abadlıq-quruculuq işləri geniş vüsət alıb. Mənim təmsil etdiyim təhsil sahəsində də böyük dəyişikliklər baş verib. Dövlət vəsaiti hesabına və Heydər Əliyev Fondunun xəttilə 20-yə qədər yeni məktəb binası tikilib, mövcud təhsil ocaqları əsaslı təmir edilib, müasir avadanlıqlarla təmin olunub. Əlbəttə, bütün bunlar təhsildə nailiyyətlərin artmasına əsaslı təsir göstərir. Astara Pedaqoji Texnikumunun uğur və inkişaf yolu bu baxımdan xüsusilə diqqətəlayiqdir.
Təhsil ocağımız əvvəllər Lənkəran Məktəbəqədər Pedaqoji Texnikumunun filialı kimi fəaliyyət göstərib. 1993-cü ildə müstəqil tədris müəssisəsi statusunu alıb. Hazırda əyani və qiyabi şöbələrimizdə respublikanın 34 şəhər və rayonundan tələbələr oxuyurlar. Texnikumda 12 ixtisas üzrə pedaqoji kadrlar hazırlayırıq. Lerik və Cəlilabadda şöbələrimiz var. Yüksək səviyyədə təmir edilmiş auditoriya və tədris kabinetlərimiz hər cür avadanlıqla təchiz olunub. Zəngin kitabxana yaratmışıq. Təhsilin keyfiyyəti ən vacib məsələ kimi pedaqoji kollektivin qarşısına qoyulub. Texnikumun ərazisində salınmış "Gənclik parkı"nın səliqə-sahmanı göz oxşayır. Təhsil nazirimiz Misir Mərdanov son illərdə üç dəfə bizim texnikumda olub, pedaqoji kadr hazırlığının vəziyyəti ilə maraqlanıb və müəllimlərimizin elmi-metodik, pedaqoji ustalıq səviyyəsindən razı qalıb. Buna görə də ötən il əməkdar müəllim fəxri adına layiq görülməyimi məhz pedaqoji kollektivimizin zəhmətinə verilən yüksək qiymət kimi dəyərləndirirəm.
Biz - təhsil sisteminin nümayəndələri möhtərəm Prezidentimizin qayğı və diqqətini digər sahələrin təmsilçilərinə nisbətən daha çox görmüşük. Bunu ölkə ictimaiyyətinə məlum olan çoxsaylı faktlar sübut edir. Şəxsən mən təhsilə, elmə göstərilən dövlət qayğısından ruhlanaraq, yaradılmış münbit şəraitdən bəhrələnərək indiyə kimi beş kitab, əlli elmi, metodiki, pedaqoji məqalə yazmışam. Fəlsəfə elmləri namizədi, Rusiya Fəlsəfə Cəmiyyətinin üzvüyəm. Hazırda Azərbaycan MEA-nın Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun doktorantıyam.
Ötən ilin may ayında Moskva Dövlət Universitetində "Qlobalistika-2009" adlı beynəlxalq elmi konqresdə iştirak etmişəm. Məruzəm maraq doğurub və konfransın materialları əsasında hazırlanmış toplunun 1-ci cildində çap olunub. Bu ilin mayında isə Sankt-Peterburq şəhərində "Mədəniyyətlərin dialoqu və sivilizasiyaların tərəfdaşlığı: qlobal mədəniyyətin təşəkkülü" Beynəlxalq Lixaçov elmi qiraətləri" adlı elmi konfransa dəvət edilmişdim. Orada da Azərbaycanı uğurla təmsil etdim. Bu qiraətlər Peterburq Ziyalıları Konqresinin təşəbbüsü və RF Prezidentinin xüsusi sərəncamı ilə hər il təşkil edilir. Orada müxtəlif ölkələrinin elmi ictimaiyyətinin nümayəndələri görüşüb dünya miqyaslı aktual mövzuları müzakirə edirlər. İlbəil daha mötəbər tədbirə çevrilən elmi konfransda "Qloballaşma sosial-mədəni proses kimi və akademik Lixaçovun kulturoloji ideyaları" mövzusunda məruzə etdim. Məruzəm maraqla qarşılandı və diskussiya mövzusuna çevrildi. Mən, Azərbaycanın əyalət şəhərində yaşayan bir ziyalı kimi xarici ölkələrdə, mötəbər elmi məclislərdə iştirakımı məhz dövlətimizin elmə, təhsilə misilsiz qayğısının müsbət nəticəsi və milli elmimizin tərəqqi göstəricisi hesab edirəm.
Elmi konfransda Rusiyanın və dünyanın onlarca elm, mədəniyyət, ictimai və siyasi xadimi iştirak edirdi. Plenar iclasdan sonra və bölmə iclasları arası görüşlərimiz zamanı onların bir çoxunun Azərbaycanda gedən proseslərlə bağlı suallarını böyük həvəslə cavablandırırdım. Həm ölkə miqyasında, həm də regionlarda baş verən yenilikləri diqqətə çatdırırdım. Ünlü alimlərin hamısının yaxşı tanıdıqları dünya şöhrətli ulu öndərimizin layiqli varisi, möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurları barədə konkret faktlar əsasında ətraflı məlumatlar verməkdən xüsusi qürur duyurdum. Məsələn, görüşlərin birində "Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" dövlət başçımızın bu il aprelin 21-də imzaladığı sərəncamla əlaqədar dedim ki, möhtərəm Prezidentimiz mənim yaşadığım ucqar bir məntəqənin 19 kilometrlik kəndlərarası avtomobil yolunun yenidən qurulmasına 3,5 milyon manat məbləğində maliyyə vəsaiti ayırıb. Təhsil şəbəkəsi ilə bağlı onu bildirdim ki, beş il ərzində respublikamızda 1600, o cümlədən regionlarda 1204 məktəb binası tikilib və təmir edilib. Həmsöhbətlərim öz ölkələrində analoqunu tapa bilmədikləri bu kimi faktları aşkar heyrətlə, qibtə ilə qarşılayırdılar.
Azərbaycan həqiqətlərinin təbliği baxımından iştirakçısı olduğumuz beynəlxalq tədbirlər misilsiz əhəmiyyət daşıyır.

{nl}

Əlihəsən HƏMZƏYEV, Astara Pedaqoji Texnikumunun direktoru, əməkdar müəllim

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında