Akademik Ramiz Mehdiyevin "Fəlsəfə" kitabının ikinci nəşri çapdan çıxmışdır

"Fəlsəfə insan biliyinin ən qədim sahələrindən biri, dünyagörüşü xarakterli problemlərin qoyuluşuna və həllinə yönəlmiş mənəvi fəaliyyətin xüsusi sahəsidir. Bizim eradan əvvəl VII-VI əsrlərdə Hindistanın, Çinin və Qədim Yunanıstanın böyük filosoflarının fəaliyyəti sayəsində yaranmış fəlsəfə ictimai şüurun əsas formalarından birinə, dünya və onun dərk edilməsi haqqında ən ümumi anlayışlar sisteminə çevrilmişdir".
Bu sətirlər görkəmli filosof alim, akademik Ramiz Mehdiyevin "Şərq-Qərb" nəşriyyatında yenicə çapdan çıxmış "Fəlsəfə" kitabının ikinci nəşrindən götürülmüşdür. Akademik R.Mehdiyevin bu kitabı Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi tövsiyə olunmuşdur.
Kitabda müstəqil elmi fənn və insanların mənəvi fəaliyyət sahəsi olan fəlsəfənin sistemli təhlili, onun mövzusu, metodları, məqsəd və vəzifələri, baza anlayışları, kateqoriyaları və cərəyanları haqqında geniş söhbət açılır. Dərslikdə fəlsəfəyə girişlə yanaşı, fəlsəfənin, o cümlədən Şərq fəlsəfəsinin tarixi, müasir fəlsəfənin əsasları, habelə tarix fəlsəfəsi və siyasi fəlsəfə geniş elmi əsaslarla şərh edilmişdir. Müəllif qədim və orta əsrlər Azərbaycan fəlsəfəsinin problemlərini, XIII-XX əsrlərdə milli fəlsəfi fikrin təşəkkülünü ayrıca nəzərdən keçirmişdir.
Filosof alim yazır ki, fəlsəfə biliyin ən humanist nəzəri formasıdır. O, insanla xüsusi dildə danışır, ona kim olduğunu, insani ləyaqət və vəzifənin nədən ibarət olduğunu, onun cəmiyyətə, təbiətə, bütün kainata münasibətdə bir insan kimi hüquq və vəzifələrinin nədən ibarət olmasını izah edir. Bu fundamental əsər tələbələr, müəllimlər, fəlsəfə problemləri ilə maraqlanan bütün oxucular üçün nəzərdə tutulmuşdur.
Kitabın ikinci nəşri ali məktəblərin müəllim və tələbə heyətinin xahişi ilə hazırlanmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında