Azərbaycan Diplomatik Akademiyası Böyük Britaniyanın Qlazqo Universiteti ilə əməkdaşlığa dair saziş imzalamışdır

İyunun 2-də Azərbaycan Diplomatik Akademiyası (ADA) Böyük Britaniyanın Qlazqo Universiteti ilə əməkdaşlığa dair saziş imzalamışdır.
Sazişə əsasən təhsil ocaqları tələbə və müəllim mübadiləsi, birgə araşdırmalar aparacaq, simpozium və mühazirələr təşkil edəcəklər.
Azərbaycanın xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev Qlazqo Universiteti ilə əməkdaşlığın qurulmasını əlamətdar hadisə adlandırmışdır.
H.Paşayev vurğulamışdır ki, dünyanın yüz ən yaxşı ali təhsil ocağı sırasında olan Qlazqo Universiteti ilə əməkdaşlığın yaradılması müsbət haldır. Hər il dünya ölkələrindən minlərlə tələbə qəbul edən bu universitet beynəlxalq münasibətlər, diplomatiya və sosial elmlər sahəsində təhsil alan gəncləri Azərbaycana göndərməyi planlaşdırır. ADA-da Xəzər dənizi hövzəsi və Qafqaz üzrə hazırlanmış proqrama xüsusi maraq göstərən Qlazqo Universiteti öz tələbələrini gələn ildən başlayaraq Bakıya göndərmək niyyətindədir. Onlar mükəmməl təhsil almaqla yanaşı, yerli reallıqlarla tanış olmaq imkanı qazanacaqlar. Eyni vaxtda, Qlazqo Universitetinə səfər edəcək azərbaycanlı tələbə və müəllimlər buradakı təcrübədən bəhrələnə biləcəklər.
Qlazqo Universitetinin Orta və Şərqi Avropa Araşdırmaları Departamentinin sədri Devid Smit isə bildirmişdir ki, bu, Qafqaz ölkələri arasında onların imzaladığı ilk əməkdaşlıq sazişidir. Sizin gözəl kurslarınız vardır. Bizim tələbələr üçün bu çox maraqlı olacaqdır. Əminəm ki, Avropa və Şimali Amerikadan olan tələbələrimiz ADA-da Qafqaz, Orta Asiya, Xəzəryanı ölkələr haqqında təhsil almaqdan çox şad olacaqlar.
Diplomatik Akademiya son iki ayda Türkiyənin Bilkənt və Orta Doğu Texniki Universiteti, Omanın Diplomatik İnstitutu ilə də elmi əməkdaşlıq haqqında razılığa gəlmişdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında