Bakı Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir

Bakı Dövlət Universitetində (BDU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli liderimiz Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" fərmanının əhəmiyyətini vurğulamışdır.
Rektor qəsbkar ermənilərin əsrlər boyu işğalçılıq siyasəti apardıqlarını, torpaqlarımızda günahsız qanlar axıtdıqlarını, tarixi ərazilərimizin xeyli hissəsini zəbt etdiklərini konkret fakt və dəlillərlə diqqətə çatdırmışdır.
Tarix elmləri doktoru, professor Cəmil Həsənli 31 mart- azərbaycanlıların soyqırımı barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, məkrli düşmən tərəfindən 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Salyanda, digər şəhər və rayonlarımızda minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, tarixi abidələr büsbütün yandırılaraq məhv edilmişdir.
Natiq "Böyük Ermənistan" yaratmaq xülyasına düşmüş xain ermənilərin bu gün də işğalçılıq siyasətlərini davam etdirdiklərini, ərazilərimizdə qanlı faciələr törətdiklərini xatırlatmışdır.
Digər çıxış edənlər də ermənilərin vəhşiliklərindən bəhs etmiş, düşmən tərəfindən zəbt olunmuş torpaqlarımızın azad ediləcəyinə inandıqlarını vurğulamışlar.
Sonra mövzu ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında