Əlvida, məktəb!

{nl}

Ölkənin bütün orta ümumtəhsil məktəblərində dünən ənənəvi "Son zəng" tədbirləri keçirildi.
Biz isə öz tarixi ənənələri olan Bakı şəhəri Nəsimi rayonunun 1 saylı orta məktəbindəyik. Yenə həmişəki kimi səliqə-sahman göz oxşayır. Şəhərin mərkəzində yerləşən bu məktəb ölkəmizin inkişafına xidmət göstərən yüzlərlə ziyalının pərvazlandığı təhsil ocağıdır.
"Son zəng"in başlamasına çox az qalıb. Çiyinlərində "məzun" yazılan qırmızı lent asılmış onbirinciləri təbrik etmək üçün valideynlər, dostlar və bir də birincilər gəlmişdilər. Hər tərəf gül-çiçək içərisindədir.
Məktəbin direktoru Elida Rzayeva ilə görüşürəm. Elida xanım deyir ki, Azərbaycanda son illər təhsilə dövlət qayğısının artması, bu sahədə islahatların sürətlənməsi göz qabağındadır. Ulu öndər Heydər Əliyevin ideyalarını uğurla reallaşdıran cənab Prezidentimiz İlham Əliyev bu gün təhsilin inkişafını prioritet sahələrdən biri elan etmişdir. Təsadüfi deyil ki, son illər ölkədə təhsilin inkişafı ilə bağlı 16 Dövlət Proqramı qəbul olunmuşdur. Onlar məktəb tikintisi, məktəblərin əsaslı təmiri, dərslik, informasiya texnologiyaları və s. ilə əlaqədar olmuşdur. Bu gün təhsilin keyfiyyətinə xüsusi diqqət yetirilir. "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" müsabiqələri keçirilir. Bundan başqa Təhsil Nazirliyi son illər milli təhsilimizin inkişafına xidmət göstərən bir sıra layihələrin reallaşmasını təmin etmişdir.
Təhsilin məzmunu tamamilə yeniləşmişdir. Biz müstəqil Azərbaycanın yeni təhsil sistemini formalaşdırırıq. Son illər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaradılması öz müsbət nəticəsini vermişdir.
Bu gün ümumtəhsil məktəblərində "Son zəng" keçirilir. Bu bizim üçün əsl mənada bayramdır. Doğrusu, neçə illər burada təhsil alan məzunlardan ayrılmaq bizim üçün çətin olsa da, hər halda bu uşaqlar sabaha doğru addımlayırlar. Onları qarşıda böyük sınaqlar gözləyir. Biz isə inanırıq ki, bu gün məktəbimizi bitirən 84 məzunun əksəriyyəti ali məktəblərə daxil olacaq və gözəl mütəxəssis kimi yetişəcək, xalqımızın gələcək inkişafında xüsusi xidmət göstərəcəklər.
Elida xanım onu da bildirdi ki, təhsil naziri Misir Mərdanovun "Son zəng"in keçirilməsi ilə bağlı xüsusi əmri olmuşdur. Həmin əmrə əsasən bu tədbir üç saat müddətində təhsil müəssisəsinin ərazisində keçirilməlidir. Biz tədbiri məktəbimizin geniş zalında keçiririk.
Budur, artıq saat 10 tamamdır. Hamı məktəbin zalına toplaşmış, sıra ilə düzülmüş 11-cilər isə direktorun gəlişini gözləyirlər. Qabaqda isə onları təbrik üçün gəlmiş balaca fidan balalar məzunları qarşılamağa hazırlaşırlar.
Məzunlarla bağlı şeirlər səslənir. "Məktəb illəri" mahnısının sədaları ətrafa yayılır.
İndi hamı səbirsizliklə "Son zəng"in səsini gözləyir.
Bəli, "Son zəng"in sədaları alqış sədalarına qarışır. Bu gün bu məktəblə vidalaşan 84 şagird böyük arzularla sabaha boylanırlar. Onların xoşbəxt gələcəyinə isə təminat yaradıldığı şəksizdir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında