Balakəndə "Son zəng"

Ölkəmizin hər bir guşəsində olduğu kimi Balakən rayonunda da "Son zəng"ə həsr olunmuş silsilə tədbirlər keçirildi.
Bu il Balakəndə 839 nəfər on birinci, 1400 nəfər gənc isə doqquzuncu sinfi bitirir. Rayon icra hakimiyyəti aparatı və təhsil şöbəsinin məsul işçilərinin iştirakı ilə keçirilən tədbirlərdə çıxış edən nümayəndələr məzunlara müstəqil həyat yollarında uğurlar diləmiş, onlara xoş arzularını çatdırmışlar.
Həmin gün rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov Nizami adına şəhər 1, Nəsimi adına şəhər 2, Akademik Zərifə Əliyeva adına şəhər 3 saylı orta və N.Nərimanov adına Mahamalar kənd orta məktəblərində "Son zəng" tədbirlərində iştirak və çıxış etmişdir.
Məzunlar qarşısında çıxış edən rayon rəhbəri ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğının onun layiqli davamçısı İlham Əliyev cənabları tərəfindən də uğurla davam etdirildiyini bildirməklə məzunlara gələcək işlərində uğurlar arzuladı, müstəqil Azərbaycanın layiqli övladları olmağı tövsiyə etdi. Bildirdi ki, bu gün Azərbaycanda onların təhsil almaları, biliklərə yiyələnmələri üçün hər cür şərait var. Onlar xoşbəxtdirlər ki, qurucusu Heydər Əliyev olan bir ölkənin övladlarıdırlar.
"Son zəng" tədbirləri rayonun humanitar və texniki təmayüllü liseyində, Qabaqçöl qəsəbə, Şərif 1, Yeni Şərif, Katex kənd 1 saylı, Tülü kənd orta, Qaysa kənd və digər məktəblərində də yüksək bayram əhval-ruhiyyəsi ilə başa çatmışdır.
Onu da qeyd edək ki, cari ildə məktəbi bitirən məzunlardan 430 nəfəri respublikanın ali məktəblərinə sənəd təqdim etmişdir.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında