Sumqayıtda "Son zəng" mərasimləri

Dünən Sumqayıt şəhərindəki 50 ümumtəhsil məktəbini bitirən 3590 gənc üçün "Son zəng" səsləndirilib.
Gənclik şəhərindəki 11 saylı orta məktəbin həyətinə toplaşanlar bir neçə saat ərzində çox təntənəli və unudulmaz anların şahidi oldular. Burada keçirilən ənənəvi "Son zəng" mərasimi məktəbin 102 məzununun müstəqil həyata qovuşmasını rəsmiləşdirdi.
Tədbir Azərbaycanın dövlət bayrağının gətirilməsi və dövlət himnimizin səsləndirilməsi ilə başlandı.
Məktəbin direktoru, "Şöhrət" ordenli əməkdar müəllim Ofelya Babayeva mərasimi açaraq ölkəmizdə təhsilə göstərilən gündəlik qayğıdan danışdı. Rəhbərlik etdiyi məktəbin uğurlarını nəzərə çatdırdı və belə bir inam ifadə etdi ki, bugünkü məzunların daim xoş sorağı gələcəkdir.
Nəvəsinin "Son zəng" sevincinə şərik çıxmağa gəlmiş görkəmli alim, AMEA-nın müxbir üzvü Yavuz Rüstəmov gənclərə ən xoş arzularını bildirdi. Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Əbülfəz Hənifəyev, tanınmış kimyaçı-alim, əməkdar mühəndis Təbrik Quliyev və başqa qonaqlar da məzunlara həyatda böyük uğurlar dilədilər.
Ötən tədris ilinin yekunlarına görə Prezident sərəncamı ilə "İlin məktəbi" adını qazanmış qabaqcıl təhsil ocağının builki məzunları - artıq Rusiya və Türkiyənin nüfuzlu universitetlərinə qəbul edilmiş Təbriz Niftalıyev və Rauf İsmayılov qələbə sevinclərini mərasim iştirakçıları ilə bölüşdülər. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna yenicə daxil olmuş Lalə Əliyeva məzunların adından "Vətəndaş andı" səsləndirdi. Bilik müsabiqələrinin, idman yarışlarının qaliblərinə mükafatlar verildi. Onbirincilər rəmzi "Bilik açarı"nı onunculara təqdim etdilər.
Şən musiqi sədaları ilə müşayiət olunan mərasim bütün iştirakçılara xoş və həyəcanlı təsir bağışladı. Sonda səslənən məktəb zənginin cingiltili sədaları sanki məzunları bundan sonra həyatda daha inamlı addımlar atmağa səslədi.

{nl}

Ə.ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında