Azərbaycan Diplomatik Akademiyasının xarici siyasət proqramı məzunlarının buraxılış mərasimi keçirilmişdir

Azərbaycan Diplomatik Akademiyasından (ADA) bildirmişlər ki, mayın 27-də akademiyanın xarici siyasət proqramı məzunlarının təntənəli buraxılış mərasimi keçirilmişdir.
Xarici işlər naziri Elmar Məmmədyarovun, dövlət və özəl qurumların təmsilçilərinin, xarici ölkə səfirlərinin iştirak etdiyi tədbirdə xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev iştirakçıları 28 May - Respublika Günü münasibətilə təbrik etmişdir.
Nazir E.Məmmədyarov qeyd etmişdir ki, yeni nəsil diplomatların hazırlanması Azərbaycanın milli maraqlarının xaricdə daha peşəkarcasına müdafiə olunmasına təminat verəcəkdir.
Xarici siyasət proqramı diplomatlar və dövlət qulluqçuları üçün 6 aylıq təlim kursudur. Proqram zamanı iştirakçılar beynəlxalq münasibətlər və beynəlxalq hüquq, ictimai diplomatiya, konsulluq xidməti, beynəlxalq iqtisadiyyat və s. sahələr üzrə mühazirələr dinləmiş, danışıq aparma və debat qabiliyyətlərini inkişaf etdirmişlər. Tələbələrdən 14 nəfəri bir ay ərzində İspaniya, ABS, İngiltərə, Avstriya, Almaniya və Çexiyada fəaliyyət göstərən Azərbaycan səfirliklərində təcrübə keçəcəklər.
Mərasimin sonunda xarici siyasət proqramı tələbələrinin hazırladıqları və Azərbaycanı təbliğ edən qısametrajlı sənədli filmlər nümayiş etdirilmiş və tələbələrə buraxılış sertifikatları təqdim olunmuşdur.
Son 4 ildə dövlət strukturlarının 120-yə yaxın əməkdaşı ADA-nın xarici siyasət proqramının iştirakçısı olmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında