Heydər Əliyev Fondunun Səbail rayonunda yeni layihəsi

Heydər Əliyev Fondu Səbail rayonundakı 236 saylı orta məktəbdə əsaslı təmir işlərinə başlamışdır.
Şəhərin mərkəzindəki Rəşid Behbudov adına 2 saylı uşaq musiqi məktəbində isə RİH-in apardığı əsaslı təmir yekunlaşmaq üzrədir və yaxın günlərdə bina istifadəyə veriləcək.
Dərs ili hələ başa çatmasa da RİH rayonun orta və məktəbəqədər təhsil müəssisələrinə baxışlar keçirmiş, yay mövsümü ərzində aparılacaq təmir işlərinə hazırlıq başlanmışdır. Əsaslı təmir işləri nəzərdə tutulan obyektlərdən biri də rayonun günbəgün böyüyən və inkişaf edən Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbin əsas tədris korpusudur. 1966-cı ildə inşa olunmuş bu məktəbdə hazırda 1900 şagird 74 sinifdə təhsil alır.
Son 3 ildə məktəbin 8 şagirdi müxtəlif fənlər üzrə respublika olimpiadalarında qalib gəlmiş, keçən il məzunlardan 73-ü ali məktəblərə qəbul olmuş, onlardan 7 nəfəri 600-dən çox bal toplamışdır. Dövlət İdarəçilik Akademiyasına 690 balla daxil olmuş Səidə Əbdürəhmanova Prezident təqaüdünə layiq görülmüşdür. Keçən tədris ilində məktəbin 3 şagirdi respublika, 4 şagirdi isə Bakı şəhər fənn olimpiadalarının qalibi olmuş, rayon icra hakimiyyəti onları mükafatlandırmışdır. Məktəbin 2 müəllimi "İlin ən yaxşı müəllimi" adna layiq görülmüş, 1 müəllim isə "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüşdür. Məktəb idmançıları 10 ildir ki, rayon spartakiadasının qalibləri və digər yarışların fəal iştirakçıları olurlar.
Tədris korpusunun idman və akt zalının əsaslı təmirə və yenidənqurmaya böyük ehtiyacı olduğundan məktəbin pedaqoji kollektivi Heydər Əliyev Fonduna müraciət etmişdi. Kollektivin təhsildə qazandığı uğurlar, şagirdlərin sayının ilbəil artması nəzərə alınaraq fondun növbəti layihəsi əsasında 236 saylı məktəbin əsas təhsil korpusunun əsaslı surətdə təmir olunmasına başlanmışdır.
İlk növbədə, məktəbin 2600 kvadratmetrlik dam örtüyü, siniflər, yardımçı otaqlar və fənn kabinələri, idman və akt zalları əsaslı təmir olunacaq, qapı və pəncərələr, döşəmə yenisi ilə əvəzlənəcək. Məktəbin həyətində də təmir-abadlıq işləri aparılacaq.
Təmir və yenidənqurma işləri ilə əlaqədar kollektiv və valideynlər Heydər Əliyev Fonduna öz minnətdarlıqlarını bildirmişlər.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında