TUMİB 10 yaşını qeyd edir

Qardaş ölkədə təhsil almış bir qrup azərbaycanlı gənc tərəfindən təsis edilən "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) bu gün artıq 10 illik yubileyini qeyd edir. Bu məqsədlə keçirilən yubiley tədbirində iştirak edən gənclər əvvəlcə Fəxri Xiyabanı ziyarət edərək Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoydu, xatirəsini yad etdilər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edildi, məzarı üstünə gülllər düzüldü.
Tədbir iştirakçıları Şəhidlər Xiyabanına gələrək xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarının məzarlarının üzərinə tər çiçəklər düzdülər, "Əbədi məşəl" abidəsi önünə əklil qoydular. Sonra 1918-ci ildə Bakı uğrunda gedən döyüşlərdə həlak olmuş türkiyəli şəhidlərin xatirəsinə ucaldılmış memorial abidənin önünə əklil qoyuldu.
"Park inn" otelinin "Dan Ulduzu" salonunda keçirilən tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. TUMİB sədri Çingiz Bayramov təşkilatın 10 illik fəaliyyəti barədə ətraflı məlumat verdikdən sonra dedi ki, bizim məqsədimiz Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlı tələbələr arasında əlaqələri möhkəmləndirmək, qardaş ölkədə oxuyan tələbələrə dəstək olmaq, gənclərimizə vətənpərvərlik ruhunu aşılamaq, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında öz rolumuzu oynamaqdır.
Daha sonra Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev çıxış edərək bildirdi ki, Azərbaycandakı qeyri-hökumət təşkilatları ölkəmizdə yaradılmış demokratik mühitdə uğurla fəaliyyət göstərir, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi prosesində fəal iştirak edirlər. Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Halis Koyuncu, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və digərləri Türkiyə universitetləri məzunlarının ölkəmizin ictimai, elmi, mədəni və iqtisadi həyatında oynadıqları əhəmiyyətli rolu yüksək qiymətləndirdilər, TUMİB üzvlərinə fəaliyyətlərində uğurlar arzuladılar.
Tədbirdə ölkəmizdəki sosial-iqtisadi proseslər barədə geniş elmi araşdırmalar aparan sosiologiya elmləri üzrə fəlsəfə doktoru Əbülfəz Süleymanovun "Türkiyə universitetlərinin azərbaycanlı məzunlarının karyera seçimlərinin elmi-sosioloji tədqiqatı" kitabının təqdimatı keçirildi. Çıxış edən natiqlər təqiqatın əhəmiyyəti barədə danışdılar, kitab barədə fikirlərini tədbir iştirakçıları ilə paylaşdılar.
Sonra öz sahəsində uğur qazanan Türkiyə məzunlarına TUMİB-in fəxri fərmanları təqdim olundu. Məzunların fəaliyyətini əks etdirən maraqlı slaydfilmin nümayişi tədbirə rəngarənglik qatdı. Yubileydə TUMİB-in mətbuat orqanı olan "Seçkin" qəzetinin xüsusi buraxılışı və təşkilatın yeni yaradılmış saytı da iştirakçılara təqdim olundu. Tədbirin sonunda tanınmış incəsənət ustaları sevilən musiqi nömrələrini səsləndirdilər.

{nl}

Rauf ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında