Dövlət İdarəçilik Akademiyasında qısamüddətli ixtisasartırma kursunun növbəti buraxılışı olmuşdur

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Yerli özünüidarəetmə və bələdiyyə idarəçiliyinin əsasları" istiqaməti üzrə keçirilən ixtisasartırma kursunun növbəti buraxılışı olmuşdur.
Şəhər və qəsəbə bələdiyyələrinin sədrləri və sədr müavinlərinin iştirak etdiyi kursun əsas məqsədi yerli özünüidarəetmə və bələdiyyə idarəçiliyi sahəsində dinləyicilərin biliklərinin təkmilləşdirilməsi, onlara yeni məlumatların verilməsi ətrafında geniş müzakirə və fikir mübadiləsinin aparılması olmuşdur.
Tədris-tematik plan üzrə kursda Heydər Əliyevin dövlət idarəçilik təcrübəsi, yerli özünüidarəetmənin hüquqi əsasları, yerli özünüidarəetmə sahəsində dövlət siyasətinin başlıca istiqamətləri, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, yerli özünüidarəetmənin başlıca inkişaf meyilləri, bələdiyyələrdə torpaq münasibətləri və digər mövzular üzrə mühazirə və "dəyirmi masa" keçirilmişdir.
Təhsil müddəti ərzində kursda Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputat Tahir Rzayev, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, Vergilər Nazirliyinin şöbə rəisi Yunis Quliyev, MSK-nın üzvü Tofiq Həsənov, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin böyük məsləhətçisi Talıb Mirzəyev və digər mütəxəssislər, eləcə də tanınmış alimlər dinləyicilər qarşısında yerli özünüidarəetmənin müxtəlif problemlərinə dair mühazirələrlə çıxış etmişlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında həmin istiqamət üzrə dinləyicilərin buraxılış mərasimi keçirilmişdir. DİA-nın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov kursun sonunda dinləyicilər qarşısında çıxış edərək, onlara vəsiqələr təqdim etmiş və gələcək işlərində uğurlar arzulamışdır.

{nl}

DİA-nın mətbuat və informasiya xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında