Bakı Dövlət Universitetində görkəmli alim və pedaqoq Cəfər Xəndanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

Bakı Dövlət Universitetində (BDU) görkəmli ədəbiyyatşünas alim, pedaqoq, tənqidçi, şair, ictimai xadim Cəfər Xəndanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə BDU-nun filologiya fakültəsində professor C.Xəndan adına auditoriyanın açılışı olmuşdur.
Tanınmış alimlərin, ictimaiyyət nümayəndələrinin, tələbələrin iştirak etdikləri tədbirdə Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, BDU-nun filologiya fakültəsinin dekanı, professor Elbrus Əzizov görkəmli alim və ədib C.Xəndanın mənalı ömür yolundan, geniş elmi və pedaqoji fəaliyyətindən, ədəbi yaradıcılığından danışmışlar.
Cəfər Zeynal oğlu Hacıyev (Xəndan) 1910-cu ildə İrəvan şəhərində anadan olmuşdur. Gəncə Pedaqoji Texnikumunu və 1930-cu ildə Azərbaycan Dövlət Universitetini bitirmiş, təhsilini aspiranturada davam etdirmişdir. 1939-cu ildə namizədlik, 1947-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1949-cu ildə professor elmi adına layiq görülmüşdür.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (ADPU), M. F.Axundzadə adına Müəllimlər İnstitutunda, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (ADU) məsul vəzifələrdə çalışmış, 1950-1954-cü illərdə ADU-nun rektoru olmuşdur.
C.Xəndan ölkəmizdə elm və təhsilin inkişafı, yüksək ixtisaslı kadrların hazırlanması üçün səmərəli xidmətlər göstərmişdir. O, ədəbiyyatşünaslıq elminə xüsusilə böyük töhfələr vermişdir.
C.Xəndan dəyərli monoqrafiyaların, dərsliklərin, elmi və bədii əsərlərin ("Cəfər Cabbarlının həyat və yaradıcılığı", "Mir Cəlal", "M.Ə.Sabir haqqında", "Sabir yaradıcılığında sənətkarlıq xüsusiyyətləri", "Şeirlər" və s.) müəllifidir.
Onun xidmətləri yüksək mükafatlara layiq görülmüşdür.
Akademiklər Bəkir Nəbiyev, Ağamusa Axundov, professorlar Pənah Xəlilov, Abuzər Xələfov, xalq şairi Nəriman Həsənzadə və digər çıxış edənlər də Cəfər Xəndanın elm və təhsilimizə verdiyi töhfələrdən, əsərlərinin əhəmiyyətindən bəhs etmiş, onunla bağlı xatirələrini söyləmişlər.
Alimin oğlu, professor Aqil Hacıyev elm xadimlərinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Tədbirdə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, professor Hafiz Paşayev və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında