Azərbaycan Universitetində "Türkiyə, Qafqaz və Mərkəzi Asiya arasında ticarət, enerji və nəqliyyat yolu ilə münasibətlərin inkişafı" mövzusunda beynəlxalq konfrans

Azərbaycan Universiteti ilə Ankara Düşüncə və Araşdırma Mərkəzinin (ADAM) təşkilatçılığı ilə "Türkiyə, Qafqaz və Mərkəzi Asiya arasında ticarət, enerji və nəqliyyat yolu ilə münasibətlərin inkişafı" mövzusunda beynəlxalq konfrans işinə başlayıb.
Konfransın açılış mərasimində çıxış edən Azərbaycan Universitetinin rektoru professor Akif Musayev bildirib ki, tədbirə Türkiyənin Başkənd, Çankaya, Osmanqazi, Yüzüncüyıl, Süleyman Dəmirəl universitetlərindən 23 iqtisadçı alim dəvət olunub, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru İsa Alıyev də iştirakçılar arasındadır. Konfrans iştirakçılarını salamlayan və uğurlar arzulayan Akif Musayev nitqində qeyd edib ki, Azərbaycan iqtisadiyyatı hər sahədə yüksək inkişaf tempinə malikdir: "Əgər 2000-ci ildə ÜDM 4718,1 milyon manat idisə, 2009-cu ildə bu rəqəm 34578,7 milyon manatdır. Nəqliyyat sektorunda yük dövriyyəsi eyni dövrdə 15948 milyon tondan 97704 milyon tona, xarici ticarət dövriyyəsi 2917,3 milyon ABŞ dollarından 20818,2 milyon ABŞ dollarına çatıb". Azərbaycandakı investisiyaların həcmi haqqında da məlumat verən Akif Musayev deyib ki, müstəqilliyin bərpasından sonra bu rəqəm 70 milyard dollara çatıb, gündəlik investisiyaların həcmi isə 2009-cu ildə təxminən 30 milyon dollar təşkil edir.
Azərbaycanın idxal - ixrac dövriyyəsi potensialının ən yüksək səviyyədə olduğunu deyən rektor həmçinin bildirib ki, Azərbaycan, Türkiyə, Orta Asiya, Qafqaz bütövlükdə iqtisadi inteqrasiyanın ən yüksək səviyyəsinə çatmağa imkanı olan bir regiondur: "Təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə İpək Yolunun qərargah evi Bakıda yerləşir. Bu, əlaqələrin hansı səviyyədə inkişaf etdirilməsinə çox böyük önəm verən bir faktdır". Akif Musayev iştirakçıların diqqətinə çatdırıb ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın böyük inteqrasiya potensialına malik olduğunu və bu sahəyə dövlət dəstəyinin mövcudluğunu hər zaman vurğulayır.
Akif Musayev ticarət, enerji və nəqliyyat məsələləri ilə bağlı müəyyən tövsiyələrin hazırlanmasında konfransın çox böyük nəticələr əldə edəcəyinə ümidvar olduğunu bildirib.
ADAM-ın rəhbəri Dr. Mehmet Bulut isə Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu xatırladıb: "Türkiyə-Azərbaycan münasibətləri tarixi köklərə söykənir. Biz uzun müddət qardaş kimi yaşamış iki ölkəyik. 20-ci əsrdə araya uzun bir fasilə girsə də, son 20 ildə siyasi, iqtisadi, mədəni, ticarət münasibətlərimiz sürətlə inkişaf edir".
Konfransın məqsədinin dünyanın və regionun problemlərini müzakirə etmək olduğunu bildirən Mehmet Bulut elm adamları arasında münasibətlərin əhəmiyyətini vurğulayıb: "Elm heyətləri arasında aparılan müzakirələr uzunmüddətli və yaddaqalan olur. Türkiyə başda Azərbaycan olmaq üzrə Qafqaz və Orta Asiya coğrafiyasındakı bütün ölkələrlə əlaqələrini inkişaf etdirmə yolundadır. Bu işlərdə elm adamlarının yol göstəriciliyinin əhəmiyyətli olduğuna və konfransın yeni bir başlanğıc olacağına inanıram".
Açılış nitqlərindən sonra konfrans başlayıb. Azərbaycan Universitetində keçirilən konfransda ticarət, energetika və nəqliyyat sahələrinə dair 30-a yaxın məruzə dinləniləcək və müzakirələr aparılacaq. Konfrans öz işini mayın 21-də yekunlaşdıracaq.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında