Azərbaycan Diplomatik Akademiyasının rektoru yeni magistrlərlə görüşmüşdür

Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev diplomatiya və beynəlxalq münasibətlər üzrə yeni magistrlərlə görüşmüşdür.
Tələbələri akademiyanın magistraturasına daxil olmaları münasibətilə təbrik edən rektor, təhsil ocağının əsas tədris prinsipləri haqqında məlumat vermişdir.
ADA-nın 2010-2012-ci tədris illəri üzrə təhsil alacaq qrupu 25 azərbaycanlı və 10 xarici tələbədən ibarətdir. Xarici tələbələr Misir, İndoneziya, Macarıstan, Rumıniya, Tanzaniya, İran, Uqanda, Gürcüstan, Niderland kimi ölkələri təmsil edirlər. Bir qrup tələbəyə təhsillə bağlı güzəştlər də verilmişdir.
Akademiyanın tələbə qəbulu üzrə direktoru Cənis Austin 2010-2012-il tədris illəri üzrə qəbul prosesindən çox razı qaldıqlarını demişdir. C.Austin bildirmişdir ki, ADA-nın yeni təhsil ocağı olmasına baxmayaraq, Azərbaycan və xarici ölkələrin ictimaiyyətinin akademiyaya göstərdiyi maraq onun nüfuzunun ildən-ilə sürətlə artmasının sübutudur. Dünya standartlarına cavab verən diplomatiya və beynəlxalq münasibətlər üzrə magistratura təhsilini təklif etməklə ADA istedadlı azərbaycanlı və dünyanın bir çox ölkələrinin mədəniyyətinin və tarixinin təmsilçiləri olan xarici tələbələri özünə cəlb etməkdə davam edir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında