Brenda Şaffer: Xəzər bölgəsi qeyri-OPEK mənbə kimi ABŞ üçün xüsusi əhəmiyyət kəsb edir

Azərbaycan Diplomatik Akademiyasının və İsrailin Hayfa Universitetinin professoru, bölgəmiz üzrə tanınmış mütəxəssis xanım Brenda Şaffer ABŞ Hərbi Dəniz Qüvvələrinin Ali Məktəbində enerji təhlükəsizliyinin qlobal siyasətə təsiri mövzusunda mühazirə oxumuşdur. "Hərbi Dəniz Donanması nazirinin qonaq lektoru" kimi çıxış edən professor Şafferin mühazirəsi Ali Məktəbdə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə baş tutmuşdur.
Alimi təqdim edən Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Rəşad Kərimov bildirmişdir ki, Brenda Şafferin Harvard Universitetində başçılıq etdiyi Xəzər Tədqiqatları Proqramı yüksək strateji əhəmiyyətə malik bölgəmizi beynəlxalq akademik dairələrin diqqətinə gətirməkdə yardım etmişdir.
Mühazirəsini enerji təhlükəsizliyi amilinin beynəlxalq münasibətlərdəki rolu üzərində cəmləşdirən xanım Şaffer vurğulamışdır ki, Xəzər bölgəsindən Qərb bazarlarına axan təbii ehtiyatlar qeyri-OPEK mənbədən qaynaqlandığına görə, Azərbaycan, Qazaxıstan, Türkmənistan kimi ölkələr ABŞ üçün xüsusi təhlükəsizlik statusu əldə edir.
Neft və qaz kimi enerji daşıyıcılarının nəqli yollarının müxtəlif olduğunu diqqətə çatdıran xanım Şaffer bildirmişdir ki, neftdən fərqli olaraq, qlobal tələbatı gündən-günə artan təbii qaz kəmərləri vasitəsilə daşına bilər. Bu isə, öz növbəsində təbii qaz istehlakçısı və bazarını təşkil edən dövlətlər arasında münasibətlərdə enerjidən nüfuz kimi istifadə hallarını çoxaldır.
Brenda Şaffer bildirmişdir ki, enerji layihələrini həyata keçirməklə Azərbaycan və Gürcüstan bölgədəki digər dövlətlərə nisbətən xeyli inkişaf etmiş və nəticə etibarilə daha müstəqil siyasət yeridə bilirlər.
Mühazirədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Ali Məktəbində təhsil alan altı yüz nəfərdən çox zabit və müəllim heyəti iştirak etmişdir.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında