Azərbaycan ilə Misir arasında təhsil sahəsində əlaqələr daha da genişləndiriləcəkdir

Misir Ərəb Respublikasının (MƏR) Bakıdakı Mədəniyyət Mərkəzində MƏR-in Ali təhsil nazirinin birinci müavini Mohammed Jaber Abou Ali ölkəmizin tanınmış alimləri, ali məktəb rektorları ilə görüşmüşdür.
Görüşdə Mohammed Jaber Abou Ali Misir Ərəb Respublikası ilə Azərbaycanın təhsil sahəsində əlaqələrindən danışmışdır.
Elm və təhsil sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayan misirli qonaq ölkələrimizin universitetləri arasında müəllim-tələbə mübadiləsinin genişləndirilməsinin vacibliyini bildirmiş, Azərbaycan Dövlət Neft Akademiyasının MƏR-in ali məktəblərinin birində filialının açılması ilə bağlı təklif irəli sürmüşdür. O eyni zamanda, azərbaycanlı alimlərin Misirdə tədqiqatlar aparması imkanlarından bəhs etmişdir.
Misir Ərəb Respublikasının Bakıdakı səfiri Sabir Əbdülqədir Mənsur xalqlarımızın dostluq münasibətlərindən söhbət açmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, akademik Siyavuş Qarayev, akademik Vasim Məmmədəliyev müasir dünyada elmin, təhsilin önəmli rolunu qeyd etmiş, bu sahələrdə əlaqələrimizin inkişafına əminliklərini vurğulamışlar.
Görüşdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuş, təkliflər verilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında