ABŞ Milli Hərbi Kollecinin nümayəndə heyəti Azərbaycan Diplomatik Akademiyasında olmuşdur

Azərbaycan Diplomatik Akademiyasından verilən məlumata görə, Pentaqonun yüksək rütbəli zabitlərindən ibarət ABŞ Milli Hərbi Kollecinin nümayəndə heyəti Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycan Diplomatik Akademiyasında (ADA) olmuşdur.
ADA-nın rektoru, səfir Hafiz Paşayev akademiya haqqında qonaqlara məlumat vermiş, ölkəmizin diplomatik missiyasının genişləndirilməsi, bu sahəyə gənclərin cəlb edilməsi, yüksək səviyyəli diplomatların və mülki qulluqçuların hazırlanmasından danışmışdır.
Ölkələrimiz arasında münasibətlərə toxunan H.Paşayev qeyd etmişdir ki, Azərbaycanda həyata keçirilən regional əhəmiyyətli enerji layihələri ABŞ-ın əvvəlki administrasiyasının dəstəyi ilə reallaşdırılmışdır.
Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycanın əsas problemi adlandıran ADA-nın rektoru demişdir ki, ABŞ Konqresindəki müəyyən qüvvələr Azərbaycan haqqında yanlış fikir formalaşdırmışdır. Bildirilmişdir ki, "Azadlığa Dəstək" Aktına 907-ci düzəliş Konqresdəki Azərbaycan əleyhinə qüvvələrin lobbiçilik səylərinin bir nümunəsidir. 907-ci düzəlişin ləğv olunmasının vacibliyini vurğulayan səfir Paşayev bunun ABŞ-ın Azərbaycandakı imicini yüksəldəcəyini diqqətə çatdırmışdır.
Görüşün sonunda ABŞ Milli Hərbi Kollecinin nümayəndə heyəti ADA-nın müəllim və tələbələri ilə səmimi söhbət etmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında