Azərbaycan Universiteti Avstriya Tətbiqi Elmlər Universiteti ilə əməkdaşlığa hazırlaşır

Yuxarı Avstriya Tətbiqi Elmlər Universitetinin prezidenti Dr. Gerald Reisinger və Qlobal Satış Menencmenti proqramının rəhbəri Dr. Johann Hofstadler Azərbaycan Universitetində olmuşdur.
Səfərin məqsədi Azərbaycan Universiteti ilə Yuxarı Avstriya Tətbiqi Elmlər Universiteti arasında Bolonya prosesinin əsas tələbləri çərçivəsində əməkdaşlıq imkanlarının müzakirəsi olmuşdur. Görüşdə Azərbaycan Universitetinin rektoru professor Akif Musayev, elmi işlər üzrə prorektor Xaləddin İbrahimli, beynəlxalq əlaqələr şöbəsinin müdiri Usub Usubov iştirak etmişlər. İlkin tanışlıqdan sonra Dr. Johann Hofstadler BBA proqramının tələbə və müəllimləri üçün təqdimat keçirmişdir. Təqdimatda Avstriyanın və Yuxarı Avstriya Tətbiqi Elmlər Universitetinin tarixi, tədris proqramları və tələbə-müəllim mübadiləsi imkanları barədə məlumat verilmişdir.
Avstriya Tətbiqi Elmlər Universiteti bu ölkənin ən böyük tətbiqi elmlər universiteti sayılır. Universitetdə təhsil 4 ixtisas qrupu və 22 ixtisas üzrə aparılır.
4 ixtisas qrupu və 17 ixtisas üzrə 923 tələbənin təhsil aldığı Azərbaycan Universiteti dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq edir. 2006-cı ildən Bolonya prosesinə qoşulan Azərbaycan Universitetində 2008-2009-cu tədris ilindən etibarən Corciya Dövlət Universiteti (CDU-ABŞ) və Qafqaz Universiteti (QU- Gürcüstan) ilə birgə Biznes İnzibatçılığı (Bachelor of Business Administration - BBA) Proqramı tətbiq edilir.
Qeyd edək ki, Avstriya nümayəndə heyətinin Azərbaycana səfəri mayın 14-dən 17-dək olacaq. Bu müddətdə qonaqlar Bakının tarixi abidələri ilə də tanış olacaqlar. Səfər çərçivəsində Azərbaycan Universiteti əməkdaşları ilə daha geniş tərkibdə görüşlər də nəzərdə tutulmuşdur.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında