Sel və daşqınlara məruz qalmış yaşayış məntəqələrindəki abituriyentlərin ərizə qəbulu diqqətdə saxlanılır

Sel və daşqınlara məruz qalmış yaşayış məntəqələrindəki abituriyentlərin ərizə qəbulu diqqətdə saxlanılır. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mayın 14-də keçirdiyi mətbuat konfransında bildirmişdir.
M.Abbaszadə demişdir ki, TQDK son günlər ölkə ərazisində sel və daşqınlara məruz qalmış yaşayış məntəqələrindəki Sənəd Qəbulu Komissiyaları ilə müntəzəm əlaqə saxlayır. Sözügedən rayonlarda internetlə ərizə qəbulu prosesində, eləcə də Sənəd Qəbulu Komissiyalarının fəaliyyətində hər hansı çatışmazlıq müşahidə olunmamışdır. Sənəd qəbulu prosesi mayın 31-dək davam edəcəkdir. Bu müddətin bitməsinə bir həftə qalmış həmin bölgələrdə sənəd qəbulunun gedişi araşdırılacaq, ehtiyac olarsa, lazımi xüsusi tədbirlər həyata keçiriləcəkdir. Bugünədək Sabirabaddan 230-dan çox, Şirvan şəhərindən 343, Zərdabdan 103, Neftçaladan 342, Salyandan 289, Saatlıdan 122, İmişlidən 327 nəfər internet vasitəsilə elektron ərizələrini doldurmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında