ABŞ-da "Azərbaycan: Ən cəlbedici faktlar və nailiyyətlər" müsabiqəsi keçirilmişdir

Prezident İlham Əliyev tərəfindən Azərbaycanda elan olunmuş "Ekologiya ili" çərçivəsində ölkəmizin ABŞ-dakı səfirliyi qabaqcıl Merilend Universitetində "Azərbaycan: Ən cəlbedici faktlar və nailiyyətlər" adlı inşa müsabiqəsi keçirmişdir.
Səfirlikdən bildirmişlər ki, müsabiqənin məqsədi amerikalı tələbələri Azərbaycanın zəngin təbiəti, ətraf mühiti, ekologiyası, həmçinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, adət-ənənələri ilə bağlı araşdırmalara sövq etməkdir.
Bir çox tədqiqat işlərinin qiymətləndirilməsindən sonra səfirliyin müsabiqə şurası Merilend Universitetinin iki tələbəsini - Çinçu Harrisi və Hafi Yillahı müsabiqənin qalibləri elan etmişdir. Qaliblər Azərbaycana səfər edəcəklər.
Merilend Universitetinin professor-müəllim heyətinin və tələbələrinin iştirakı ilə təşkil olunmuş təntənəli tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən qaliblərə müvafiq şəhadətnamələr təqdim edilmişdir.
Qaliblər Merilend Universiteti və Azərbaycanın Xəzər Universitetinin birgə təşkilatçılığı ilə mayın 21-dən iyunun 4-dək Bakıda keçiriləcək ətraf mühit məsələlərinə dair tədris kurslarında iştirak edəcəklər.
Azərbaycana səfər çərçivəsində onlar ətraf mühit, ölkəmizdə həyata keçirilən ekoloji layihələr və bu sahədə nəzərdə tutulan planlarla tanış olacaqlar.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında