Astanadakı L.Qumilyov adına Avrasiya Milli Universitetində Bakı Dövlət Universiteti günlərinin açılışı olmuşdur

Akademik Abel Məhərrəmova həmin universitetin fəxri doktoru adı verilmişdir
Mayın 11-də Astanadakı L.Qumilyov adına Avrasiya Milli Universitetində (AMU) Bakı Dövlət Universiteti günləri başlanmışdır.
Bu münasibətlə keçirilən mərasimdə Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmovun başçılığı ilə nümayəndə heyəti, AMU-nun professor-müəllim heyəti, tələbələr, buradakı diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
AMU-nun rektoru, professor Baxıtcan Abdraimov qonaqları salamlamış, Azərbaycanın ən qocaman ali təhsil ocağı ilə əlaqələrin daha da genişləndirilməsi, tələbə və müəllim mübadiləsi sahəsində əməkdaşlığın dərinləşdirilməsi vacibliyinə toxunmuşdur.
Abel Məhərrəmov Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin gənclər üçün yaratdığı şərait, onların dünyanın ən nüfuzlu təhsil ocaqlarına göndərilməsi və digər məsələlər haqqında danışmış, AMU ilə əməkdaşlığa önəm verdiyini bildirmişdir.
Ölkəmizin Qazaxıstandakı səfiri Lətif Qəndilov ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafından söz açmış, səfirliklə bu təhsil ocağı arasında yaranmış xoş münasibətlərdən danışmışdır.
Sonda Abel Məhərrəmova AMU-nun fəxri doktoru adı verilmiş və ona müvafiq diplom təqdim olunmuşdur.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Astana

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında