Azərbaycanda qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərin adları açıqlanıb

Azərbaycanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərərək 700 bal toplayan 4 abituriyentin hamısı Bakı məktəblərinin məzunudur. Bunu cümə axşamı Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı demişdir.
Onun sözlərinə görə, bu abituriyentlər I ixtisas qrupuna sənəd veriblər və onların hər biri bu ilin məzunlarıdır. Qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlər Bakı şəhər Xətai rayonu 263 saylı orta məktəbin məzunu Cahandar Camalov, Xətai rayonu 287 saylı "Zəkalar" liseyinin məzunu Əli Əliyev, Binəqədi rayonu 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayeva və Sabunçu rayonu 169 saylı orta məktəbin məzunu Ləman Məmmədovadır.
BŞTİ-nin rəisi Nailə Rzaquliyeva bu abituriyentlərlə görüşərək onları mükafatlandırmışdır.
BŞTİ-nin 5 illik fəaliyyəti dövründə paytaxtın 10 məzunu 700 bal toplayıb.
"Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında" ölkə Prezidentinin 2006-cı il 31 mart tarixli 1399 nömrəli sərəncamına əsasən Bakı şəhərinin təhsil şöbələri ləğv edilib.
Sərəncamın icrası məqsədilə Nazirlər Kabineti 28 iyul 2006-ci il tarixində Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaradılması barədə qərar qəbul edib. Hazırda idarədə 13 sektor fəaliyyət göstərir.
BŞTİ-nin tebeçiliyində 325 ümumtəhsil məktəbi, 309 məktəbəqədər müəssisə, 48 məktəbdənkənar müəssisə var.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında