Azərbaycan Diplomatik Akademiyasında "açıq qapı" günü keçirilmişdir

Azərbaycan Diplomatik Akademiyası (ADA) bu il ilk dəfə Beynəlxalq Münasibətlər və Biznesin İdarəedilməsi bakalavr proqramları üzrə tələbə qəbul edəcəkdir. Hazırda akademiyada yalnız beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura pilləsi vardır. 
İyulun 23-də akademiyada təhsil almaq arzusunda olan gənclər üçün "açıq qapı" günü keçirilmişdir.
ADA-nın tələbə qəbulu şöbəsinin əməkdaşı Günay Ziyadova akademiya haqqında təqdimatla çıxış etmişdir. Bildirmişdir ki, beş il bundan əvvəl yaradılmasına baxmayaraq, akademiya dünyada nüfuz qazanmışdır. ADA-da təhsil almaq üçün 61 ölkədən müraciətlər daxil olmuşdur.
Təqdimatda bakalavr proqramları barədə ətraflı məlumat verilmişdir. G.Ziyadova qeyd etmişdir ki, bu il bakalavr proqramı üzrə Azərbaycan vətəndaşları üçün 60 yer ayrılmışdır. Gələn tədris ilindən bu nüfuzlu ali təhsil ocağının tələbəsi olmaq istəyənlərin çox olması ilə bağlı qəbul yerlərinin sayının artırılması nəzərdə tutulmuşdur. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında 400-dən yuxarı bal toplayan abituriyenlər müsabiqədə iştirak edə bilərlər.
Bildirilmişdir ki, qəbul prosesində yerli abituriyentlərlə yanaşı, əcnəbilər də iştirak edəcəklər. Belə ki, bakalavr proqramına bu ildən başlanmasına baxmayaraq, bir sıra Avropa ölkələrindən, o cümlədən Belçika və Danimarkadan ADA-ya müraciət edənlər vardır.
Akademiyaya qəbul olunan tələbələr təhsilə intensiv ingilis dili proqramı (İELP) ilə başlayacaqlar. Proqramın müddəti bir ildir. Proqramın sonunda dil səviyyəsini müəyyən edən test yoxlamasından müvəffəqiyyətlə keçən tələbələr dördillik bakalavr proqramına davam edəcəklər.
Akademiyanın Bakıda tikilən kampusunun layihəsi haqqında videoçarx nümayiş olunmuşdur. G.Ziyadova bildirmişdir ki, kampusun tikintisini 2012-ci ilin sentyabr ayınadək başa çatdırmaq nəzərdə tutulur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında