Azərbaycan Tibb Universitetində təyinat ləğv olundu

Bu ildən Azərbaycan Tibb Universitetində (ATU) məzunların təyinatla yerlərə göndərilməsi ləğv edilib. Bu haqda cümə axşamı Trend-ə Səhiyyə Nazirliyindən məlumat vermişlər.
Nazirlikdən bildiriblər ki, təyinatın ləğvi tibb təhsilində rezidenturaya keçidlə əlaqədardır.
Bundan sonra rezidentura səviyyəsində hazırlıq keçmək iddiasında olmayan və rezidenturaya qəbul olmayan məzunlar baza ali tibb təhsili əsasında respublikanın müxtəlif bölgələrindəki tibb müəssisələrində həkim fəaliyyəti ilə məşğul ola bilərlər.
Tibb müəssisələrindəki vakant yerlər isə Səhiyyə Nazirliyinin mətbu orqanı olan "Tibb" qəzetində elan ediləcək.
Bu il Azərbaycanda rezidenturaya qəbul ilk dəfə keçiriləcək.
Azərbaycan Nazirlər Kabineti "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nı 2010-cu ilin aprelində təsdiq etmişdir.
Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər malikdirlər.
Müsabiqə həkimin qəbul imtahanından topladığı bal əsasında aparılacaq.
Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş həkim tələb olunan sənədləri müəyyən olunmuş müddətdə Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidir.
Həkimin həmin müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında