Filialda elmi konfrans

Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə yaradılmış Azərbaycan Müəllimlər İnstutu Sumqayıt filialında 3 fakultə, 7 kafedra fəaliyyət göstərir. İnstitutda 75 nəfərə yaxın müəllim çalışır ki, onlardan 6 nəfəri elmlər doktoru,professor, 25 nəfər elmlər namizədi,dosentdir. 18 nəfər əməkdaş namizədlik dissertasiyası üzərində işləyir.
Tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması,onlarda tədqiqatçılıq,yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi üçün Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərir. TEC-in 200-dən çox üzvü var.İndiyə qədər neçə-neçə elmi konfrans, seminar və disput keçirilmişdir.Bu konfranslarda 320 məruzə dinlənilmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87, AMİ Sumqayıt filialının yaranmasının 10, Böyük Vətən Müharibəsində tarixi qələbənin 65 illiyinə həsr olunmuş X konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə filialın direktoru, kimya elmləri doktoru, əməkdar müəllim Raya Nəcəfova açaraq tədbirin əhəmiyyətini, ümummilli liderin Azərbaycan dövlətçiliyinin yaranmasındakı rolunu, xalqımızın tarix boyu qərarlaşmış milli dəyərlərinin bərpa edilməsi, dilimizin inkişafı, mənəviyyatımızın yüksəlişi, gənclərimizin milli ruhda tərbiyə edilməsi, milli şüurun, milli qürurun inkişafi və formalaşmasindaki xidmətlərini qeyd etdi. Plenar iclasda II kurs, 155-ci qrup tələbəsi Qiymət Dərziyevanın "Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur", I kurs, 601-ci qrup tələbəsi Səadət Meydanovanın " Azərbaycan ədəbiyyatı Böyük Vətən müharibəsi illərində", habelə Ramilə Quluyevanın, Lalə Pirəliyevanın müxtəlif mövzularda məruzələri dinlənildi.
Məruzələrdə ulu öndərin tariximizə Azərbaycanın qurucusu və xilaskarı kimi daxil olması, xalqın taleyində, onun içtimai-siyasi, mənəvi həyatında, elm, təhsil sahəsində misilsiz xidmət göstərən bir şəxsiyyət olması, bütün həyatını Azərbaycanın tərəqqisinə və çiçəklənməsinə,beynəlxalq aləmdə tanınmasına,dövlətçiliyimizin möhkəmləndirilməsinə həsr etməsi real faktlarla nəzərə çatdırıldı.
Öz işini iki bölmədə - "Təbiət" və "Humanitar elmlər" bölməsində davam etdirən konfransda 40 məruzə dinlənildi. Müxtəlif elm sahələrinə, təhsilin aktual problemlərinə həsr edilmiş məruzələr maraqla qarşılandı. Tələbələrə elə mövzular təklif edilmişdi ki, gələcəkdə həmin mövzunu həm buraxılış işi kimi, həm də magistr işi kimi davam etdirə bilsinlər. Nəticədə tələbə tədqiqatçı kimi yetişir və formalaşır.
Filialda Tələbə Elmi Cəmiyyətinin işinə pedaqoji elmlər namizədi, dosent, fakültə dekanı Şikar Hüseynov rəhbərlik edir. Onun dediyinə görə, tələbələr respublikada keçirilən konfranslarda, fənn olimpiadalarında, elmi seminarlarda müntəzəm iştirak edir, mükafata layiq yerlər tuturlar.
Azərbaycan Respublikası Prezidentinin "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq olunması barədə 22 may 2009-cu il tarixli Sərəncamı və Təhsil Nazirliyinin 10 iyul 2009- cu tarixli əmrindən irəli gələn vəzifələrlə əlaqədar AMİ Sumqayıt filialı bütün fəaliyyət sahələrində olduğu kimi, Tələbə Elmi Cəmiyyətinin işinin təkmilləşdirilməsinə, tələbə tədqiqatlarının səmərəliliyinin artırılmasına nail olmağa çalışır.

{nl}

Əli ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında