Rusiya gənclərinin nümayəndələri Azərbaycan Diplomatik Akademiyasında olmuşlar

İyulun 19-da Azərbaycan Diplomatik Akademiyasında (ADA) Rusiya gənclərinin ictimai palatasının Azərbaycanda səfərdə olan nümayəndələri ilə görüş keçirilmişdir. AzərTAc xəbər verir ki, nümayəndə heyəti Bakıya Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın dəvəti ilə gəlmişdir.
Xatırladaq ki, nümayəndə heyətinə Rusiyanın müxtəlif ali məktəblərinin tələbələri, ictimai və siyasi təşkilatların, dövlət qurumlarının gənc nümayəndələri daxildir.
Görüşdə akademiyanın Xarici Siyasət Proqramının direktoru Aygün Hacıyeva qonaqlara ADA-nın fəaliyyəti barədə məlumat vermişdir. O qeyd etmişdir ki, akademiyanın yaradılmasından keçən 5 ildə o, elm və təhsil sahəsində böyük uğurlar qazanmış, respublikanın təhsil sisteminə çoxlu innovasiyalı qərarlar tətbiq etmiş, bir neçə magistr və akademik proqram həyata keçirmiş, yay məktəbləri təşkil etmişdir. ABŞ-ın, Böyük Britaniyanın, Fransanın və digər ölkələrin aparıcı ali məktəbləri ilə ADA-nın beynəlxalq əlaqələri barədə informasiya da qonaqları maraqlandırmışdır. Aygün Hacıyeva ADA tərəfindən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və Rusiyanın digər ali məktəbləri ilə birlikdə həyata keçirilmiş layihələr və proqramlar üzərində ətraflı dayanmışdır.
Akademiyanın Bakıda tikilən kampusunun layihəsi haqqında videoçarx qonaqlara güclü təsir bağışlamışdır. A.Hacıyeva bildirmişdir ki, kampusun tikintisini 2012-ci ilin sentyabr ayınadək başa çatdırmaq nəzərdə tutulur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında